Peyğəmbərimiz (s.ə.v) bütün diqqətini sevgiyə yönəldirdi. Böyük müvəffəqiyyət qazandı, təsir oyatdı. Peyğəmbərimiz (s.ə.v)-in təsir gücü sevgisiydi, hz. Yusif (ə.s), hz. Süleyman (ə.s) və hz. İbrahim (ə.s)-ın da həmçinin.

(A9 TV; 4 iyun 2015)

Xurafatçılar həmişə danışırlar, dayanmadan xurafatlar söyləyirlər. Məqsədin nədir? Məqsədin sevgi deyil. Bir adam necə döyülər, necə kəsilər, bir qadın necə alçaldılar, məsələ budur. Bir-birlərindən necə nifrət edəcəkləri barədə fəlsəfə hazırlayırlar. Xurafatçılarda sevgi olmaz.

(A9 TV; 4 iyun 2015)

Ən qorxulu şey saxta sevgidir. Bu Allahın qətiyyən sevmədiyi şeydir. Münafiq kişilər və münafiq qadınlar, kafir kişilər və kafir qadınlar, zalım kişilər və zalım qadınlar saxta sevginin ustasıdırlar.

(A9 TV; 4 iyun 2015)

Allahın tək məqsədi nədir? Sevmək və sevilməkdir. Amma necə sevilmək? Saxta deyil, səmimi şəkildə sevilmək. Bunun üçün insan daim səmimi sevgi axtarır, bütün dünya səmimi sevgi axtarır.

(A9 TV; 4 iyun 2015)

İxtilaf savaşmaq deməkdir, mübahisə etmək və bölünmək. Yəni ixtilaf; ortaq qərara gələ bilməmək, ortaq dinin olmaması, səmimi, doğru həyat tərzinin yaşana bilməməsi, Allahın hökmünün qulaqardına vurulması deməkdir. İxtilafı şeytan istəyər, müsəlmanda ixtilaf olmaz.

(A9 TV; 4 iyun 2015)

PKK açıq şəkildə dövlət içində dövlətdir. Əsl paralel dövlət PKK-dır. Orada yaranmış, məhkəmələrini yaratmış, dövlətə çevrilmişdirlər. Parlamentimizi yaradacağıq, ordumuz da var deyirlər. Konstitusiyaları var.

(A9 TV; 3 iyun 2015)

PKK qətiyyən İŞİD-lə boğuşmağa çalışmasın. Ağıllarını başlarına yığsınlar, bu darvinist materialist sistemdən çıxsınlar. Allaha iman etsinlər, “lə ilahə illəllah Muhammədən Rəsulullah” desinlər. İŞİD hamısını qırıb dağıdacaq. Əvvəlcədən xəbər verirəm. Bunun üçün sözümü eşitsinlər, iman edib ağıllarını başlarına yığsınlar.

(A9 TV; 3 iyun 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)