Sən kasıbı qorusan kasıb nə edər? Səni sevər. İlk hiss edəcəyi duyğu hansıdır? Sevgidir. Məsələn, bir hədiyyə alırsan, təşəkkür edir. Təşəkkür nədir? Gözləri parıldayır. Niyə? Sevgidən. Onda bir anda sənə qarşı sevgi yaranır. Peyğəmbərimiz (s.ə.v): “Hədiyyələr, qarşılıqlı sevgini artırır” deyir. Məqsəd nədir? Sevgidir.

(A9 TV; 4 iyun 2015)

Allah qorxusu sevginin təməlini meydana gətirir. Allah qorxusundan ötrü səbir edirsən, şəfqətli, kömək sevər və əliaçıq olursan. Bunlar sevginin təməlini meydana gətirir.

(A9 TV; 4 iyun 2015)

Həmd etmək, “əlhəmdülillah” demək sevgidir. “Ey Rəbbim sənə təşəkkür edirəm” deyir. Təşəkkür etmək nədir? Qəlbində sevgi yoxdursa bu sözün bütün mənası itir. Sevgi vardırsa tam məna qazanır.

(A9 TV; 4 iyun 2015)

“Rəhman və Rəhim”, sevgidir bu. Bütün Quran ayələrinin məqsədi sevgidir. Allah qorxusunun məqsədi sevgidir. Allahdan qorxan, sevgiyə zəmin hazırlamış olur. Allahdan qorxan asanlıqla sevə və sevilə bilir. Allahdan qorxmayan, nə asanlıqla sevə, nə də asanlıqla sevilə bilir.

(A9 TV; 4 iyun 2015)

Xurafatçılar çox bilən adam kimi danışmaqla İslamın yayılacağını güman edirlər. İslam qətiyyən bu yolla yayılmaz. Adam səndən səmimi sevgi gözləyir. Doğru-düzgün geyinməni, təmiz və şən olmanı, həyatı gözələşdirməni gözləyir. Bu İslamın əyani şəkildə yaşanmasıdır. Bunu gördüyü təqdirdə sənin izah etdiyin İslamı qəbul edər.

(A9 TV; 4 iyun 2015)

Sevgi çox mühüm məsələdir. Siyasətə baxıb, daim nifrət və qəzəbin hakim olduğunu görürük. Həyatın məqsədi sevgidir. Sevgini ön plana alın.

(A9 TV; 4 iyun 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)