Amerika yenidən dindar olmalıdır, bu cür olmaz. Dindar olsalar rahatlığa qovuşarlar. Dinsiz olsalar, onlara inanılmaz bir bərəkətsizlik və uğursuzluq gələr.
(A9 TV; 6 iyun 2015)
Bir insan Allah yolundadırsa, Allah ona bərəkət, bolluq, gözəllik verir. Amma verdiyi əziyyətə də razı olmalısan. Həmişə verdiyi nemətlərə razı olmamalıdır. Olmaz bu. Səbir etməyə də razı olmalısan, əziyyətə də razı olmalısan. O zaman Allah öz nemətini sənin üzərinə yağış kimi yağdırar.
(A9 TV; 6 iyun 2015)
Müsəlman kasıb da olar, zəngin də. Peyğəmbərimiz (s.ə.v) əvvəlcə kasıb idi, sonra, Allah: “Kasıb olduğun zaman səni varlı etmədim mi?” deyir. Müsəlman çətinlik anlarında səbirli, zənginlik anlarında gözəl əxlaqlı olur. Peyğəmbərimiz (s.ə.v) yetim olaraq uzun illər yaşadı, bütün uşaqlığı kasıblıq içində keçdi.
(A9 TV; 4 iyun 2015)
Qəribədir hər peyğəmbərə “dəli” deyirlər. İstisnasız olaraq. Hamısına lağ edirlər. Mütləq dəlidir deyirlər. Kimin ağıllı, kimin dəli olduğunu da axirətdə öyrənirlər.
(A9 TV; 4 iyun 2015)
Təbliğ etdiyi vaxt özünə lağ ediləndə, “əhval-ruhiyyəm pozuldu” deyir. Taledən xəbərin yoxdur, Qurandan xəbərin yoxdur. Möcüzə gördüyün üçün Allaha həmd et. Təəccüblən. Sənin savabın, onun isə günahı artır. Sənin məqsədin savab qazanmaq deyilmi? “Kədərləndim” deyir. Bir insan savabı artdığı üçün kədərlənərmi?
(A9 TV; 4 iyun 2015)
Bəziləri təbliğ edir; “mən təbliğ edirəm mənimlə lağ edirlər” deyir. Sən necə təbliğçisən? Hələ Qurandan xəbərin yoxdur. Ayağını yerə vuranda səs çıxır, elə deyilmi? Əlbəttə ki, sən təbliğ edəndə qarşındakı da sənə lağ edəcək. Bu qanundur, Allahın qanunudur. Sən təbliğ edirsənsə, adam mütləq səninlə lağ etməlidir. Bunda təəccüblənməli nə var ki?
(A9 TV; 4 iyun 2015)
Küfrün boşboğazlığına dözmək o qədər çətindir ki, bu bir dünya imtahanıdır. Bu səbir və diqqət tələb edir, eləcə də, onun bu nalayiq sözünün hansı məqamda çürüdülməli olduğu da, ayrılıqda müəyyənləşdirmək lazımdır. Bunu bir məqamda etmək olmur, hamısını ayrı-ayrılıqda ayə ilə sübut gətirilməli, məntiq ilə təsdiqini tapmalıdır.
(A9 TV; 4 iyun 2015)
Bütün Quran sevgiyə əsaslanır. Amma sən birbaşa sevgini təqdim etsən, tam gözəlliyin ortasına girərsən. Bunun üçün birbaşa sevgini hədəf alan izahat, məntiq və ruh lazımdır. Hansı ayəyə baxsanız, sevgi məqsədli olduğunu görərsiniz.
(A9 TV; 4 iyun 2015)
Allah: “Əfv et, yaxşı işlər görməyi əmr et və pis əməllərdən üz döndər” deyir. Bəs əfv etsək nə olar? Sevginin önündəki maneə aradan qalxar. Sevgi bir-biriylə birləşər. “Pis əməllərdən üz döndər”. Pis əməl insanın qəlbini sıxar. Sevgini boğar. Üz döndərdiyin vaxt sevgini qorumuş olarsan. “Yaxşılığı əmr et”, yaxşılığı əmr etdiyin vaxt, nə baş verər? Sevgi artar, sevgi yayılar.
(A9 TV; 4 iyun 2015)
Bağışlamaqla, əfv etməklə, sevginin önündəki bloku aradan qaldırırsan. Bağışladığın vaxt sevginin önündəki divarı dağıdırsan.
(A9 TV; 4 iyun 2015)





