Allahın zikr olunmadığı bölgədə, şəhərdə, ölkədə bərəkət gedir. Nə gəlir? Aclıq, iqtisadi böhran. Nə gəlir? Terror. İki təhlükə. Yunanistanda Allah zikr edilirmi? Edilmir. Digər ölkələrdə zikr edilirmi? Məsələn, ABŞ-da zikr edilmir. Nə baş verir? Aclıq meydana gəlir. Ucsuz-bucaqsız torpaq sahəsi var, amma aclıq hər tərəfi bürüyür. Arxasınca terror, qorxu meydana gəlir.

(A9 TV; 6 iyun 2015)

Allahın nemətini yada salmaq çox əhəmiyyətlidir. Bu unudulduqda insan eqoistləşər, anormallaşar, fikri başqa yerlərə gedər. Allah qorusun. Bunun üçün Allah yada salınmasını söyləyir. Yada saldıqca qəlbdə rahatlıq, xoşluq yaranır.

(A9 TV; 6 iyun 2015)

İnsan hədiyyə verəndə, nə qədər bahalı hədiyyə verdim deyə şikayətlənirsə bu sevgisizliyindən qaynaqlanır. Amma bahalı da olsa bir hədiyyə verəndə qarşısındakının, qardaşının sevinəcəyini, xoşbəxt olacağını düşünüb bundan dərin həzz alırsa, bu da bir sevinc vəsiləsi, gözəl əməl və Allahın bəyənəcəyi bir rəftardır.

(A9 TV; 6 iyun 2015)

Ayələrin əvvəlində həmişə “Rəhman və Rəhim”, “Bismillahir-rəhmanir-rəhim” sözü gəlir. Rəhman və Rəhim olan, yəni sevginin nə olduğunu çox yaxşı bilən, çox yaxşı sevən və bizdən də sevgini istəyən Allah. Allah “Rəhmandır”, çünki bu söz; qoruyan, himayə edən, sevən, bağışlayan, insanların yaxşılığını istəyən mənasındadır.

(A9 TV; 6 iyun 2015)

Sevgi çox qəribə, çox mükəmməl bir duyğudur. Nə yeməyə bənzəyir, nə də içməyə. Ən çox zövq alınan nemətdir. “Yemək, yoxsa sevgi?” desən, sevgi. “Sənə yaxta verəcəyik, yoxsa sevgi istəyirsən?” desələr, sevgi. Yaxtanın nə faydası var, taxtadan olan nəhəng bir şeydir. Dənizin ortasında hərəkət etdiyini düşün. Sevgi yoxsa nə edəcəksən? Hansı işinə yarayar? Yaxud sənə qəsr verdilər, amma sevgi yox. Belə olduqda bu qəsr sənin üçün nəhəng bir həbsxana olar. Heç bir işinə yaramaz.

(A9 TV; 6 iyun 2015

Bağışlamağın nəyə faydası var? Sevgiyə faydası var. Bu olmasa qəzəblənərsən, küsərsən, inciyərsən, əlaqəni kəsərsən. Onunla əlaqəsini kəsir, bununla əlaqəsini kəsir, nə olur? Tək qalır. Bu bütün dünyanın başındakı fəlakətdir. Bu dəfə də, evdə it-pişik saxlayır. Tək dostum bu deyir. Sevgi olmasa, Qurana tabe olmasan belə olar.

(A9 TV; 6 iyun 2015)

Mömin yeri gələndə şəhid olanda, Allahın ən sevdiyi olur, ən böyük sevgi nümayişi budur. Çünki Allah üçün canını verir. Can əziz deyilmi? “Ey Rəbbim, mənə canımı sevdirdin, mən də canımdan çox Səni sevirəm” deyir. “Canım Sənin olsun” deyir. “Mən də Səninəm” deyir. Mənası budur. Bunun üçün Allah şəhidləri ayrı bir məkanda saxlayır, yəni öldürmür. Ölümü dadmırlar.

(A9 TV; 6 iyun 2015)

Allahın ən xoşladığı şey şəhid olmaqdır. Allah bunu ən böyük sevgi nümunəsi qəbul edir. Amma mömin bunun üçün niyyət etməlidir. Bunu qeyri-ixtiyari etmək olmaz. “Ey Rəbbim məni şəhid etməni istəyirəm” deyə səmimi, qəlbən niyyət etməlidir.

(A9 TV; 6 iyun 2015)

Nə səbir edir, nə də əziyyətə razı olur, birbaşa nemət istəyir. Olmaz belə bir şey. Belə olsa nə cənnətə, nə də Allahın rizasına qovuşa bilərsən. Bura imtahan yeridir, əyləncə yeri deyildir ki. Allah; “əgər Biz əyləncə etmək istəsəydik əlasını edərdik” deyir. “Şənimizə layiq olanı edərik” deyir. Əyləncə yeri cənnətdir. Burada belə bir şey yoxdur.

(A9 TV; 6 iyun 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)