Mehdiyyəti saray hesab edirlər; sementdən götürərsən, dəmirdən götürərsən, bəzək vurarsan, al sənə hazır bir saray deyir. Belə bir şey olmaz. O saray Allah qatındadır. Mehdiyyət Allah qatındadır. Taleyin gedişindədir, bu filmdə olan bir şeydir. Metafizik şəkildə meydana gəlir.

(A9 TV; 8 iyun 2015)

Asan olan; İbrahimin dininə tabe olduğunda; bu hənif İslam dininə, Məhəmməd (s.ə.v)-in dininə tabe olduğunda cənnətə getməyindir. Amma sənin xurafatlarla çətinləşdirdiyin, mürəkkəbləşdirdiyin dinə tabe olduqda cəhənnəmə gedirsən. Həm dünya, həm də axirət həyatın cəhənnəmə çevrilir. Mübarək niyə bəlanı axtarırsan?

(A9 TV; 8 iyun 2015)

Allah bizim üçün asanlıq yaradır və onda da bizi müvəffəq edir. Çətinlik axtaranlar həlak olurlar. Məğlub olur, tapdalanırlar. Ənənəvi İslamı, Ortodoks İslamı axtaran hər kəs tapdalanır. Nəyinə lazımdır, Allahın nur kimi dinini niyə dəyişdirirsən? Allah asanlıq yaratdığı halda, niyə çətinlik yaradırsan? Nə gözəl, get sevinc içində yaşa.

(A9 TV; 8 iyun 2015)

İnsanlar bütün elçilərə qarşı çıxmışdılar. Burada Allahın qəzəblənməsinə səbəb olan, elçinin bu qədər səmimi, dürüst və doğru olması, onların da açıq şəkildə günahkar və yanlış yolda olduqlarını bilmələri, buna baxmayaraq elçinin dürüst, səmimi və doğru sözlü olduğunu anladıqları halda ondan şiddətlə çəkinmələridir. Bu hadisə bəlanın gəlməsini zəruri edir. Allah da bəlalarını verir.

(A9 TV; 6 iyun 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)