Mehdiyyət gizli və üstüörtülü halda fəaliyyət göstərir. Bu, münafiq xarakterli aciz insanları, dünyaya bağlanmış insanları ayırd etmək üçündür. Dünya insanları, qısqanc kimsələr və dünyaya vurulanlar, belə sakit mühitdə iradələrini və ağıllarını işlədə bilməzlər. Onlara mətanət, ətalət gələr, bu da onları kənara atar. Amma çox aktiv və fəal mühitdə ani həyəcanla həddən artıq birləşdirər. Bunu deyim ki, bu, o qədər məqbul deyil.
(A9 TV; 11 iyun 2015)
Mehdiyyət normal axımına davam edir, lakin sürəti vaxtaşırı olaraq dəyişər. Bəzən sürət yüksələr, bəzən də məqbul olar. Bu sürəti Allah tənzimləyər. Yəni Allahın planladığı kimi hərəkət edər.
(A9 TV; 11 iyun 2015)
PKK silahı könüllü surətdə yerə qoymaq istəmirsə, məsələyə hərbi çıxış yolu gətirilər. Biz silahların kölgəsində yaşamaq istəmirik. Silahların hökmran olduğu Cənub-şərqi Anadolu bölgəsi istəmirik.
(A9 TV; 11 iyun 2015)
HDP ilə koalisiya yaratmaq olmaz. Əvvəlcə PKK-nın kökü qanuni yollarla kəsilməlidir. MHP ilə koalisiya yaradılmalıdır. Yoxsa biz bu kabusdan qətiyyən xilas ola bilmərik. Əllərindəki silahı yerə qoymalıdırlar. Bu qədər.
(A9 TV; 11 iyun 2015)
Türkiyənin Cənub-şərqi Anadolu bölgəsində PKK kimi qəddar bir kommunist təşkilatlanmanı sərbəst buraxmaq, orada onlar üçün yaşayış sahəsi təmin etmək, gələcək üçün də çox böyük fəlakət olar. Partiyalar bu məsələdə birləşsələr nəhəng bir güc meydana gələr. CHP, MHP, Səadət… Hamımız birlikdə, qanuni yollarla bunun kökünü kəsəcəyik deyə qərar almalıdırlar. Ortaq bəyanat verməlidirlər.
(A9 TV; 11 iyun 2015)
PKK Türkiyə üçün gələcəkdə də çox böyük bəladır. Bunu görməməzlikdən gəlmək olmaz. Vaxtında hüquq çərçivəsində hesablaşmaq lazımdır. Yubandırmağın heç bir faydası yoxdur, bu canavarı daha da gücləndirər.
(A9 TV; 11 iyun 2015)
Bələdiyyə başçısını xalqın seçməsi Cənub-şərqi Anadolu bölgəsinin əldən getməsi deməkdir. Çünki PKK hakimiyyəti var. Əvvəlcə qanuni yollarla hüquqla PKK-nın kökünü kəs. Ondan sonra xalq bələdiyyə başçılarını seçsin.
(A9 TV; 9 İyun 2015)
Bütün PKK-lıların kökü qanuni yollarla bölgədən kəsilməlidir. Hamısını toplasınlar, həbsxanaya atsınlar. Məsələ həll olsun.
(A9 TV; 9 iyun 2015)
Hz. Mehdi (ə.s)-ın elə sarayları yoxdur. Hz. Mehdi (ə.s)-ın sarayı qəlbindədir. Həmçinin bütün dünya hz. Mehdi (ə.s)-ın sarayıdır. Yəni tək bir bina deyil. Çünki, o bütün dünyanın imamıdır.
(A9 TV; 8 iyun 2015)
Mehdiyyət layihə ilə, tənzimləmələrlə təmin edilməz. Allahın istədiyi bir quruluş var, bu normal olaraq yaranır. Ana bətnindəki uşağın inkişafı kimi. O uşağı özlərinin yaradacaqlarını zənn edirlər. O uşağı sən yarada bilməzsən, Allah yaradar. Vaxtı gəldikdə isə o uşaq doğular. Qarşısını ala bilməzsən.
(A9 TV; 8 iyun 2015)





