İnsanlar var-dövlət, güc və hakimiyyət sahibi olmağı xoşlayırlar. Gözəl qadınlar, gözəl avtomobillər, gözəl musiqi, gözəl həyat, gözəl paltarlar insana çox müsbət təsir edər. Normal, qanuni ölçü çərçivəsində bunlara sahib olub, dini də izah etsən, din insan həyatına daxil olar, İslam geniş kütlələrə çatar.

(A9 TV; 11 iyun 2015)

Bölgəyə dindarlığı da aşılayan İsraildir. Fələstin o dövrdə kommunizmin mərkəzi idi. Bütün kommunistlər orada yetişdirilirdi. Misir kommunizmin mərkəzidir, Suriya kommunizmin mərkəzidir. Onlar İsraildən sonra dindar oldular. Onların dindar olduqlarını gördükdən sonra, biz də dindar olaq dedilər.

(A9 TV; 11 iyun 2015)

Qanuni yollarla PKK tamamilə yer üzündən silinsin. Bu Amerikaya da çox yaxşı bir dərs olar. Amma İranla əməkdaşlıq edərək. İranla razılığa gəlsinlər, PKK-nın qanun çərçivəsində yox edilməsi məsələsində ortaq bir qərar alsınlar. Yəni terrorla mübarizə aparmaq məsələsində razılıq əldə olunsun. Beləliklə, nəhəng bir güc meydana gələr. Birlik olub kökünü kəssinlər.

(A9 TV; 11 iyun 2015)

Allah insanın tam müsəlman olub-olmadığına baxar. Yəni yarı münafiq, yarı müsəlman insan yoxdur. Allah; “etdiklərinin hamısı bütlərinin tərəfinə keçər” deyir. Məsələn, 5% Allah üçün edir, 95% bütlər üçün edir. Bu bütlərin tərəfinə keçir və ya tam əksinə 95% Allah üçün edir, 5% isə bütləri üçün edir. Bunun da hamısı bütlərinin tərəfinə keçir. Allah: “Yalnız Mənim üçün etməlisiniz” deyir.

(A9 TV; 11 iyun 2015)

Əhli-kef insanlar həm buraya, həm də oraya gedəcək, yaxud müsəlmanların yanına gələcək. Orada-burada kef çəkib yaşayacaq, amma ən kiçik bir çətinliklə üzləşəndə, mənfəətlərinə xələl gələndə qaçıb gedəcək. Yenə kefi çəkdikdə ətrafa göz qoyacaq, baxacaq. Təhlükə olmadıqda gələcək. O belə etməklə həqiqətən nəticə alacağını güman edir. Halbuki, bilərək və dərk edərək xəyanət edirsə, bunun qarşılığı daha da ağır olacaq. O arabir gəlməklə özünü xilas edə bilməz.

 (A9 TV; 11 iyun 2015)

Mehdiyyətə sakit, ən başdan qoşulmaq çox daha məqbuldur. Məsələn, sonradan Peyğəmbərimiz (s.ə.v)-ə qoşulan qruplar olmuşdur, amma onları qazandığı savab çox azdır. İlk qoşulanların savabı çoxdur. O ilk 313 nəfər, Bədr əhlinin sayı, onlar çox əhəmiyyətlidir.

(A9 TV; 11 iyun 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)