Səmimiyyət Quranla əlaqəli bir sözdür. Quranı bilməsək səmimiyyətin nə olduğunu bilmərik. Səmimiyyət; insanın sərbəst düşünməsi, hər şeydə Allahın tərəfdarı kimi düşünməsi, Allah qorusun, Allahdan gileylənməməsi, Allah qorusun, Allahdan şikayətçi olmaması, üsyan etməməsidir.
(A9 TV; 13 iyun 2015)
Allah hal-hazırda mehdiyyət vəsiləsiylə dünyanı dağılmaqdan qoruyur. Yəni qiyamətin təxirə salınmasının səbəbi hz. Mehdi (ə.s)-dır.
(A9 TV; 13 iyun 2015)
Allah insanlardakı iman zəifliyini qətiyyən xoşlamır. Belə olduqda Allah bütün dünyada bərəkəti yox edir. Dünyadakı bütün insanlara sıxıntı və narahatlıq verər. İnsanlar da, heç cür bunun səbəbini anlaya bilməzlər. Bunun səbəbi, dünyada iman zəifliyinin yayılmasıdır.
(A9 TV; 13 iyun 2015)
Allahın hədəfi insanların daim səmimi və güclü imana sahib olmalarıdır. Allah dünyadakı insanların səmimi və güclü imana sahib olduqlarını gördükdə, dünyanın bərəkəti artır. İnsanlarda iman zəifliyi olduqda isə Allah verdiyi bu bərəkəti azaldır. Buna görə də, xas və səmimi möminlər var gücləriylə bu mənəvi xüsusiyyəti möhkəmləndirməyə davam etməlidirlər.
(A9 TV; 13 iyun 2015)
Cənub-şərqi Anadolu bölgəsindəki xalq, analarımız, qardaşlarımız, bacılarımız inanılmaz dərəcədə dindardırlar. Allah deyən kimi gözlərinə yaş gəlir. Öz istəkləriylə Allahsız, kitabsız, stalinist PKK-ya tabe olmaları qeyri-mümkündür.
(A9 TV; 13 iyun 2015)
Bunu deyim ki, AKP-HDP koalisiyası yaradıldığı təqdirdə Türkiyə məhv olar. AKP tarixə qarışar, HDP isə xeyli güclənər, böyük bir fəlakətə sürüklənərik.
(A9 TV; 13 iyun 2015)
MHP təkcə bir nazirliyi tələb etməlidir, Daxili İşlər Nazirliyini, bu qədər. Başqa heç bir ön şərti, qırmızı xətti olmasın. Tam səlahiyyətlə Daxili İşlər Nazirliyini tələb etsin. Bordo beretliləri və jandarmanı da fəaliyyətə keçirsin, qanuni yollarla dünyanı PKK-ya dar etsin.
(A9 TV; 13 iyun 2015)
Mehdi (ə.s) demaqoqluq etməyəcək. Qısa və konkret danışacaq. Sözü uzadıb özünü bəyəndirməyə çalışan çıxışlar deyil, tamamilə məsələ barəsində hikmətli, qısa, təsir oyandıran, məsələni tam əhatə edən və ona əsaslı çıxış yolları gətirən çıxışlar edəcək.
(A9 TV; 12 iyun 2015)
Heç bir PKK-lı evlənmək, məktəbi bitirmək və asan yolla pul qazanmaq dərdində deyil. Hansı diskoya gedim, harada əylənim dərdində deyil. Harada nişanlanaq, nişana neçə adam çağıraq dərdində deyil. Toyda hansı yeməkləri verək dərdində deyil. Avtomobilin markası nə olsun dərdində deyil. Əlbəttə ki, belə olduqda, müvəffəqiyyət qazanırlar.
(A9 TV; 12 iyun 2015)
AKP çox müasir, qadın haqlarına hörmətlə yanaşan, başı açıq dekolte geyinən xanımları da sevən, hicablı xanımları da sevən, hamısına hörmətlə yanaşan, musiqiyə, rəsmə, əyləncəyə açıq, liberal ruhlu bir partiya görünüşündə ortaya çıxmalıdır. Olduqca liberal, olduqca azad, olduqca demokratik bir partiya. Belə ki, MHP də bu imici verməlidir, bu sadalananları tətbiq etməlidir. Buna zəmanət verildikdən sonra PKK tamamilə darmadağın edilməlidir.
(A9 TV; 12 iyun 2015)





