Kim bölgədəki qruplara zorakılıq tətbiq etməyi öyrədir? PKK. Bu fikir, bu düşüncə PKK-dan çıxmışdır. Cinayətin necə edildiyini, insanların necə öldürüləcəyini hər kəsə öyrədən PKK-dır.
(A9 TV; 13 iyun 2015)
İslamı insanları asıb-kəsməklə öyrətmək olmaz. Təbliğ ilə, sevdirərək, razı salaraq öyrədilməlidir.
(A9 TV; 13 iyun 2015)
Hər bir dəccalın ömrü 40 ildir, bunu unutmayın. Dəccal gəldiyində dəccallıq etmədən getməz, ona verilən möhlət bitmədən getməz.
(A9 TV; 13 iyun 2015)
Düşməndən qorxmaq, hər hansı bir şeydən qorxmaq, Allahı sevməməyin əlamətidir, ondan uzaq olmağın əlamətidir.
(A9 TV; 13 iyun 2015)
Qətiyyətlə Allahı sevməkdən heç vaxt əl çəkməmək çox əhəmiyyətlidir.
(A9 TV; 13 iyun 2015)
Ehtiyac içindəki insan deyildikdə, bir çox adam ilk növbədə həmin insanın çörəyə, yeməyə ehtiyac duyduğunu düşünür. İmana ehtiyacı var, Allah sevgisinə ehtiyacı var. Dua etsən Allah səndən razı qalar. Sevgiyə, dərinliyə ehtiyacın var, Allahı dərindən sevməyə ehtiyacın var.
(A9 TV; 13 iyun 2015)
İnsana bir zərər gəldikdə necə dua edir? Mükəmməl. Allaha necə bağlanır? Mükəmməl. Necə hörmət edir? Mükəmməl. Amma başına bəla gəlmişdir. Bəla gəlmədən motivasiya olmur. Niyə bəlanın gəlməsini gözləyirsən? Həmişə bəlaya düçar olduğun vaxtlardakı kimi olmalısan.
(A9 TV; 13 iyun 2015)
Ən yaxşı dincəlməyin sirri (təbiidir ki, Allah dincəltsin deyə etmərik, ancaq Allah rizası üçün edərik) Allahla tam əlaqə qurmaqdadır. Başqa cür dincəlmək olmaz. Yəni Allahla olan əlaqə qətiyyən zəiflədilməməlidir. “Sonra artıraram” demək də səhvdir.
(A9 TV; 13 iyun 2015)
İnsan həmişə Allahın tərəfini tutarsa imanı artar. İnsanlar bəzən Allahdan bir qədər uzaqlaşarlar. Bəzən də Ona sarılarlar. Allahla olan mənəvi əlaqə fasiləsiz qorunub saxlanılmalıdır.
(A9 TV; 13 iyun 2015)
Əksər insan Allaha üsyan edir və ya Ondan gileylənir. “Mənə kömək etmir, mənim övladımı əlimdən aldı, avtomobilimi əlimdən aldı, malımı əlimdən aldı” deyə gileylənir. Övladı kim verir? Allah verir. Bəs kim alır? Allah alır. Yəni gileylənmək çox ağılsız bir hərəkətdir. Qeyri-səmimi rəftardır. Allah bu cür rəftarı sevmir.
(A9 TV; 13 iyun 2015)





