Allah can verəcək şəkildə sevilməyi istəyər. Allah buna görə şəhidləri çox sevir. Çünki Allah üçün canlarını verirlər. Tam aşiq xüsusiyyətidir. Amma Allah sevilmədiyi təqdirdə intiqam ala bilər. Dəhşət meydana gətirərəm, meydana gələn dəhşətdən də qorxmaram deyir. “Məni sevin, Mən də sizi sevəcəyəm” deyir. Nə gözəl bir təklif, nə gözəl bir qarşılıq.

(A9 TV; 21 iyul 2015)

Allah aşiqdir, eşqi sevər. Eşqi tapa bilmədiyi təqdirdə, çox pis intiqam alar. Allah eşqinə xəyanət edilməsini istəməz. Bu insanın ruhunda da var. Allah: “Mən sevgi istəyirəm” deyir. “Məni dəli kimi sevməyinizi istəyirəm” deyir. “Mən də eşqlə sevəcəyəm, siz də Məni eşqlə sevəcəksiniz” deyir. “Amma sevməsəniz hər aşiq kimi, canınızı acıdaram” deyir. Allah da intiqam alır. Bu Allaha yaraşar, Onun gözəlliyinə yaraşar.

(A9 TV; 21 iyul 2015)

İŞİD, PKK-ya Allah tərəfindən göndərilmiş səmavi bir fəlakətdir. Allah başlarına bəla olaraq yaratdı. Ad və Səmud qövmünə də belə fəlakətlər gəlmişdir, azğın qövmlərə, Allahsız Kitabsız qövmlərə. Bu alçaq zalımlara da Allah belə bir tufan göndərdi, fəlakət tufanı.

(A9 TV; 21 iyul 2015)

İŞİD bəhanəsiylə saqqallı müsəlmanlara, hicablı müsəlmanlara, namaz qılanlara, məscidlərə hücum etmək istəyirlər. Xalqı, türk millətini qızışdırırlar. “Saqqallı varsa bu İŞİD-lidir” deyirlər. Buna görə hücum edin deyirlər. Türk əsgərini və polisini də; “gedib vurub öldürün, asıb-kəsin” deyərək, İŞİD-ə qarşı qızışdırırlar. Türkiyə üçün tək təhlükə PKK-dır. Türkiyə üçün İŞİD təhlükəsi yoxdur.

(A9 TV; 21 iyul 2015)

Silah, bomba şeytanın hiyləsidir. Şeytan həmişə qan istəyir. Şeytanın əsas xüsusiyyəti qandır. Qanla qidalanır. İnsan qanına doymaz. Bildiyiniz kimi, əvvəlcə Adəmin oğullarına bu cür hiylə qurdu. Allah Habil-Qabil hekayəsində bildirir. Qardaşını şəhid etdi, onun qanını axıtdı. Baxın; “nəfsi bunu xoş qarşıladı” deyir. Bu şeytanın təsiriylə olar.

(A9 TV; 21 iyul 2015)

Türkiyənin bölünməsinə icazə vermək nə deməkdir? Bütün İslam aləmini yox etmək, türklük aləmini yox etmək deməkdir. Belə şey olsa, dəli olarıq, havalanarıq. Buna heç vaxt icazə vermərik. Qanun və hüquqla lazım gələni edərik.

(A9 TV; 19 iyul 2015)

Musiqi də olmalıdır, əylənməlisən də, gülməlisən də. Əks təqdirdə fitrətin pozular, tarazlığın pozular. Allah qorusun xəstə olarsan, fitrətini pozma. Şən ol, sevincli ol, əylən, gül, oyna. Allah səni elə yaratmışdır. İçinə qapanırsan, xəstə olarsan, sağlığın gedər, düşünmə gücün itər. İslamı da yaşaya bilməzsən.

(A9 TV; 18 iyul 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)