İnsanları yanıldan, onlar üçün bəhanə yaradan şey; ətraflarında dindən uzaq yaşayan insanların sayının çox olmasıdır. Əvvəla onları yox hesab etmək lazımdır. Birbaşa Allahın dəlillərinə baxmaq və birbaşa Allahla əlaqədə olmaq lazımdır.
(A9 TV; 29 iyul 2015)
Allah ən böyük sevgini şəhidlik kimi qəbul edir. Allahın ən bəyəndiyi şey budur. Lakin, əlbəttə ki, ən məqbul şəhidlik forması Allah yolunda cihad edərkən, yəni feli cihad edərkən şəhid olmaqdır. Çünki açıq-aydın şəkildə döyüşə gedir, öldürülə biləcəyini bilir, orada şəhid olur. Allah yolunda qorxmadan cihada çıxmaq; ən məqbul olan budur.
(A9 TV; 29 iyul 2015)
PKK silahı yerə qoyarmı heç, niyə qoysun? Əlbəttə ki, qoysa xeyir olar, amma əsla qoymaz. Bunu bilavasitə bütün rəhbərləri israrla söyləyir. Çünki o zaman HDP də yox olar, PKK da yox olar. Bir terror təşkilatı öz məqsədinə nail olmadıqca terrordan əl çəkməz.
(A9 TV; 28 iyul 2015)
PYD, YPG, YPJ, PJAK bunların hamısı PKK-dır. Ad dəyişdirmək çox pis taktikadır.
(A9 TV; 28 iyul 2015)
Həll prosesi Türk millətinin başını qatmaqdır. Diqqətini yayındırmaq, şövqünü və gücünü yox etmək, müdafiə refleksini aradan qaldırmaq üçün aparılan psixoloji bir hərəkatdır.
(A9 TV; 28 iyul 2015)
İslama, Qurana inanırsansa; küfr əhli mütləq məğlub olar. Küfr əhlinin mütləq məğlub olacağını Allah Quranda bildirir. Lenin məğlub oldu, Marks məğlub oldu, Darvin məğlub oldu, hamısı məğlub oldu. PKK da məğlub olacaq.
(A9 TV; 28 iyul 2015)
Ən azı 10 min PKK-lı həbs edilməlidir ki, sakitlik yaransın. Bir də bunları həbs etdikdən sonra sərbəst buraxmasınlar. Lazım gəlsə əlaqədar qanun maddələrini genişləndirsinlər. Törədilmək istənilən cinayət çox dəhşətlidir; türk dövlətini yox etmək, əsgərləri və polisləri şəhid etmək. Bütün bunlar ömürlük həbs cəzası düşən cinayətlərdir. Bunu bilsələr qorxarlar. Başqa yolla, elə də ağıllanmazlar.
(A9 TV; 27 iyul 2015)
Darvinist, materialist sistemi çökdürsələr, Türkiyənin ən böyük qələbəsi olar; dünya səviyyəsində bir qələbə olar. Çünki darvinizm Allaha meydan oxuyan fikri sistemdir, haşa. Dünya tarixində Allahı inkar edən bu cür böyük şirk sistemi qurulmadı. 10 min illik dünya tarixində belə bir şey olmayıb.
(A9 TV; 27 iyul 2015)
Şəhidi yumazlar. Onu, al-qan içindəki forması ilə dəfn edərlər. Orkestrlə deyil, təşrik təkbirləriylə, salavatlar gətirərək dəfn edərlər.
(A9 TV; 27 iyul 2015)
Əvvəla əxlaq xüsusiyyəti olaraq, qız uşaqlarına hər yerdə sahib çıxılmalıdır, hər yerdə insanlar onları sevməlidir. Qəribə bir vəhşilik yaşanmağa davam edir. Onların xoşbəxt olması, dünyanın xoşbəxt olması deməkdir. Onların sevilməsi, dünyanın sevilməsi deməkdir. Onlar xoşbəxt olmadıqca, dünya da xoşbəxt olmur.
(A9 TV; 27 iyul 2015)





