Mehdiyyəti dayandırmaq, İslam Birliyini dayandırmaq üçün bütün hocaları ayağa qaldırdılar. Hamısı xorla; “Mehdi (ə.s) gəlməyəcək, İsa (ə.s) gəlməyəcək, İslam Birliyi olmayacaq” deməklə eyni şeyi söyləyirlər. Guya müsəlmanların şövqlərini yox edəcəklər. Sizin “gəlməyəcək” deməyiniz, onsuz da Mehdi (ə.s)-ın çıxış əlamətidir.
(A9 TV; 18 iyul 2015)
PKK hal-hazırda ABŞ-a güvənir. Halbuki, Amerika dərin dövlətinin onları tapdalayacağı bəllidir. Bunu bir çox ölkədə etdi; həmişə kommunist qrupları dəstəklədi, sonra da faciəvi şəkildə başlarını əzdi. Bunlar da eyni ağılsızlığa yol verirlər.
(A9 TV; 16 iyul 2015)
Allah onsuz da cənnəti yaratmışdır, “hal-hazırda mövcuddur” deyir və siz orada yaşayırsınız deyir. Allah bunu xəyali bir şey olaraq söyləmir. “Hal-hazırda var” deyir. Zaman ölçüsündən ötrü görə bilmirik.
(A9 TV; 16 iyul 2015)
Mömin Allahın sözünə güvənər. Allah; “Mən sözümdən dönmərəm. Əgər siz səmimi olsanız, mömin olsanız sizi cənnətimə qoyacağam” deyir. Mömin “Bəlkə də” deyə bilməz.
(A9 TV; 16 iyul 2015)
Əgər yaxşı şəkildə fikir toplanılsa, iman insanda kök salar və ona çox yaxşı şəkildə aydın olar. Dünyanı yaxşı görən, onsuz da cənnəti də yaxşı görər. Buradakı sistemi qavrayan, cənnəti də çox yaxşı qavrayar.
(A9 TV; 16 iyul 2015)
Cənnət tərtəmizdir. Cənnətdə rəsm var, cənnətdə musiqi var, gözəllik var. Qadınlar çox baxımlıdır. Bu dünyanı da cənnətə çevir, niyə cəhənnəmə çevirməlisən ki? Allah imanla, ağılla, səylə bu dünyanı da cənnətə çevirməyimizi istəyir.
(A9 TV; 16 iyul 2015)
Təmizlən. Mömin tahirdir. Tahir nə deməkdir? Təmizlənmiş deməkdir. Allah bu acizliyi verəcək, sən də bundan xilas olub cənnət gözəlliyinə qovuşacaqsan. Mömin nur kimidir, tərtəmizdir.
(A9 TV; 16 iyul 2015)
İslamiyyəti qorxunc bir şey kimi göstərdilər, dəhşət sistemi kimi göstərdilər, cəhənnəm kimi göstərdilər. Müsəlmanları da qətliam maşını kimi göstərdilər. İnsanları müsəlmanlıqdan fövqəladə dərəcədə soyutdular. Halbuki müsəlmanlıq gözəllik, estetika, incəsənət, ağıl, fikir, elm, irfan, xeyirxahlıq və səmimiyyətdir.
(A9 TV; 16 iyul 2015)
Firon xarakterli insanlar müsəlmanların müvəffəqiyyətini qəbul edə bilməz. Müsəlman demək, dünyanın ən keyfiyyətli, ən ağıllı, ən yaxşı insanı deməkdir. Müsəlmanlıq elə qoxumuş, çürümüş insan mənasında deyil.
(A9 TV; 16 iyul 2015)
Qatı dinçilərin darvinizmi (bu dünyanın gəlib-keçmiş ən böyük dəccal hərəkatıdır) məğlub etmə qabiliyyətləri sıfırdır. Bizdən başqa dəccaliyyəti elmlə, irfanla tapdalayan güc yoxdur. Dünya səviyyəsində belə təbliğ edən yoxdur. Var, amma bizim yanımızda zəif qalar.
(A9 TV; 16 iyul 2015)





