Dövlət keşikçiləri polislərin arasına alsın. Saylarını da iki dəfə artıraq. Onlar Cənub-Şərqi Anadolunun bəzəyidir. Canlarını Allah, millət, vətən üçün ortaya qoyurlar. Dövlət bu gözəl insanlara var gücü ilə, ciddi şəkildə sahib çıxmalıdır.

(A9 TV; 11 iyul 2015)

İsraillilər gözəl insanlardır. Hahamlar çox nəzakətli, sevgi dolu insanlardır. Lazımsız təbliğatla qəzəb meydana gətirilir. Nur kimi insanlardır. Heyrətamiz dərəcədə dindardırlar, Allahdan heyrət doğuran dərəcədə qorxurlar, Allahı çox sevirlər. Süni nifrət hakimdir. Cinayət işləyən ayrı, ona nə deyirsən de, amma məzlumundan nə istəyirsən?

(A9 TV; 10 iyul 2015)

İslam pul qarşılığında təbliğ edilməz, haramdır. Bu müsəlman üçün çirkin və xoşagəlməz davranışdır. Allah ayədə, “sizdən mükafat istəməyənlərə tabe olun” deyir. Ayənin hökmü çox aydındır, bu mövzuda onlarla ayə var. İslamı təbliğ etdikdə mükafat istənilməz.

(A9 TV; 10 iyul 2015)

Bölünmə riskinin nə olduğunu bilirsən? İnsanların tək-tək ölməsi deməkdir, ailələrin yox olması deməkdir, İslamın yox olması deməkdir, İslam Birliyinin mümkün olmayan hala gəlməsi deməkdir. Buna heç vaxt icazə vermərik.

(A9 TV; 10 iyul 2015)

Darvinizm nə deyir bilirsən? Tövrat, İncil, Quran haqq kitablar deyil, Quran doğru söyləmir deyir. Peyğəmbərlər yoxdur deyir. Axirət, cənnət, cəhənnəm və mələklər yoxdur deyir. Darvinizmin anlatmaq istədiyi budur. Sən bu inkar fəlsəfəsini məktəblərdə dərs kimi öyrətsən, cavabını verməsən hər cür fəlakətə qapı açılar.

(A9 TV; 9 iyul 2015)

Çin, hansı amerikalıya uyğur türklərinə davrandığı kimi davrana bilər? Bunu qətiyyən edə bilməzlər. Bu ədəbsizlikdən, vicdansızlıqdan əl çəksinlər. Uyğur türklərinə, ingilislərə, amerikalılara, hollandlara necə davranırlarsa, eynilə o cür davranmalıdırlar. Ölçü budur.

(A9 TV; 9 iyul 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)