Bütün problemlər elmlə, irfanla və sevgiylə həll edilməlidir. Nə İŞİD-in, nə də PKK-nın bombaya ehtiyacı yoxdur. Elm və irfana ehtiyacları var. Biz bir damcı qan axmasını istəmirik. Yatan kimsənin oyandırılmasını istəmirik. İnsanların burnunun belə qanamasını istəmirik.

(A9 TV; 27 iyul 2015)

Küfr, üsyan və dəlalət, bunlar yer üzündən silinməli murdarlıqdır. Allah ayədə hökmünü açıq şəkildə bildirərək; “yer üzündə fitnə qalmayana qədər onlarla mübarizə aparın” deyir. Allah: “Küfr müvəffəqiyyət qazanmaz” deyir. O: “Mən küfrü yox edərəm, siz yalnız səbəbə sarılın” deyir.

(A9 TV; 25 iyul 2015)

Quran təhsili və iman həqiqətləri vasitəsilə, imanlı və milli gənclik yetişdirilməlidir. Şüurlu, milli düşüncəni müdafiə edən, milli ağılı, milli şüuru yaxşı bilən gənclər yetişdirilməlidir. “Milli şüur” dərsi keçirilə bilər. Bu dərsdə darvinizm və kommunizmin əsassızlığından bəhs edilə bilər.

(A9 TV; 24 iyul 2015)

Dövlət darvinizmi gecə-gündüz orta məktəblərdə, liseylərdə və universitetlərdə öyrətməyə davam etsə, körpə beyinlərə; “siz təsadüfən palçıqlı sulardan yarandınız, atanız mikrobdur, mikrob soxulcana çevrildi, soxulcan da qurbağaya çevrildi, qurbağa da primata çevrildi, primat da meymuna çevrildi, meymun da insana çevrildi” desən hər yer kommunistlərlə dolar. Öhdəsindən gələ bilməzsən.

(A9 TV; 24 iyul 2015)

İŞİD-ə qarşı İncirlik hərbi bazasından istifadə olunmasını istəmirik. ABŞ PKK-nı açıq-aydın şəkildə dəstəkləyir və İŞİD-in PKK-ya mane olacağını düşündüyü üçün, İŞİD-i tezliklə oradan qovalamaq istəyir və PKK-nın bölgəyə yerləşməsini istəyir. Bunun üçün də Türkiyənin hava bazalarından istifadə etmək istəyir, bu cinayətləri törətmək üçün. Türkiyə bu bəlanın, bu qorxunc hərəkatın bir hissəsi ola bilməz. Hər nə bahasına olsa da, Türkiyə öz nüfuzundan istifadə edib bunu rədd etməlidir.

(A9 TV; 24 iyul 2015)

PKK-dan mehdiyyət vəsiləsiylə qurtulmaq olar. Bölgədəki radikal təşkilatlardan mehdiyyət vəsiləsiylə qurtulmaq olar. Çünki hamısı fikri sistemlərdir. Buna görə də hamısı fikirlə həll olar. Hal-hazırda dünyadakı ən üstün, ən yüksək, ən uca, ən əzilməz və yenilməz fikir mehdiyyətdir.

(A9 TV; 24 iyul 2015)

İŞİD-in səhv cəhətləri olduğunu bilirik. Amma ənənəvi kitabların, əsərlərin təsiri altındadırlar. Onlar təhsillə düzələr. Səhv yolda olduqlarını hər kəs görür. Əslində PKK da təhsillə düzələr. Hər ikisi də təhsillə düzələr.

(A9 TV; 24 iyul 2015)

Müsəlmanın müsəlmanı qətl etməsi haramdır. PKK kimi bir təhlükə olduğu halda, bizim üçün İŞİD təhlükəsi ola bilməz. Bütün gücümüzü PKK-ya verməliyik. Dərin Amerika dövləti istəyir deyə, Türkiyəyə sataşmayan İŞİD-lə mübarizə aparmarıq.

(A9 TV; 24 iyul 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)