Sünni, Şiə, Vəhhabi – bunların hamısı bir-birinə bərabərdirlər, eynidirlər. Hamısı qardaşdırlar. Mübarizəyə girişmək düşüncəsizlikdir. İslam Birliyi üçün səy göstərin. Bütün müsəlmanları birləşdirməyə çalışın, bunun təbliğatını aparın, izah edin.
(A9 TV; 30 iyul 2015)
İslam Birliyi, Allaha sevgi deməkdir. Allaha sevginin adıdır. İslam Birliyi istənmədiyi müddətcə bəla yağmağa davam edər və heç kəs bu bəlanı dayandıra bilməz. Ta ki Mehdi (ə.s)-ın zühuruna qədər.
(A9 TV; 30 iyul 2015)
Hal-hazırda hər hansı bir terrorist inanılmaz üstünlüyə malikdir. Çünki qanuna məhəl qoymur. Sən isə qanuna məhəl qoyursan. Qanuna tamamilə tabe olmaq məcburiyyətindəsən. Qanun hər cəhətdən vətəndaşın lehinə çevrilsin.
(A9 TV; 30 iyul 2015)
PKK ilə mübarizə məsələsində; “düşmənimin düşməni dostumdur” siyasəti yürüdülməlidir. Yəni hər nə bahasına olsa da, dövlət bu siyasəti yürütməlidir.
(A9 TV; 30 iyul 2015)
İŞİD-in səhvləri, çatışmazlıqları var. Qurana tabe olmurlar. Buxaridən, Müslimdən, Tirmizidən sözlər götürüb Quran hökmlərinə əlavə edirlər. Bir çox ənənəvi ortodoks müsəlman kimi; Şiələr kimi, Sünnilər kimi, Vəhhabilər kimi əlavələr edirlər. Əlavələr etdikdə belə olar. Eləcə də dəhşət və zorakılıq peyda olur. Mən buna; zorakılığa qarşı çıxıram. Mehdi (ə.s) gəldikdən sonra bunların hamısının düzələcəyini hədislərdən bilirik.
(A9 TV; 29 iyul 2015)
Mən nə İŞİD-in, nə PKK-nın, nə də digər terror təşkilatlarının, bir sözlə, heç kəsin zorakılıq törətməsini qəbul etmirəm. Biz zorakılığın əvəzinə sevgi, sülh və ağlın hakim olmasını; iman həqiqətləriylə, Quran möcüzələriylə, Quranın o dərin sevgi anlayışıyla məsələlərin həll olmasını istəyirik.
(A9 TV; 29 iyul 2015)
Türkiyədən asılı olmayan müstəqil Kürdüstan dövlətini heç bir ağıllı kürd istəməz. Axşam Mardində olarkən ürəyi istəyir, avtobusa minir, İzmirə gəlir. Ürəyi istəyir İstanbula gəlir. Adam niyə pasportla, vizayla getsin? Niyə çətinlik çəksin? Sən onu dağlıq əraziyə həbs edəcəksən o da, kommunist bir hökumət, kommunist bir dövlət, zorakılığı və dəhşəti müdafiə edən kommunist bir diktatorluq altında orada əsir kimi yaşayacaq eləmi? Bunu heç bir kürd istəməz.
(A9 TV; 29 iyul 2015)
Əvvəlcə kommunizmin, marksizmin, darvinizmin, materializmin, Allahsızlığın, Kitabsızlığın yanlışlığını başa salmalısan. Fikri cəhətdən fəth etməlisən. Sonra adam silahını da yerə qoyar, anormal hərəkətlərindən də əl çəkər, manyaklığından da əl çəkər.
(A9 TV; 29 iyul 2015)
Allah bizi robot olaraq da yarada bilərdi; amma onu tam mənasıyla bəyənmir. Sərbəst şəkildə düşünə bildiyi üçün insanı daha çox bəyənir. Çünki zalımlıq da edə bilir, yaxşılıq da. Amma mələk zalımlıq edə bilmir; yəni belə bir gücü yoxdur.
(A9 TV; 29 iyul 2015)
Allah; “insanların əksəriyyəti iman etməz. İman etməyənlər də ölüdür” deyir. “Siz onları diri hesab edərsiniz” deyir. Dinsizlərə tabe olduğun vaxt, ölülərə tabe olmuş olursan. Ölüdən təsirlənmiş olursan. O zaman məzardakılardan təsirləndin mənasına gəlir. Çox böyük səhv olar. Qətiyyən dinsizlərə tabe olmamaq lazımdır. İnsanda birbaşa saf iman olmalıdır.
(A9 TV; 29 iyul 2015)





