Allah elə-belə sevilmək istəmir, cansıxıcı sevgi də istəmir. Belə sevgini heç kəs istəməz. Dəyişməz, cansıxıcı sevginin nə faydası var? Birinə pul verirsən səni sevir, peşən üçün səni sevir, mənfəəti üçün səni sevir. Belə sevgi olmaz.

(A9 TV; 31 iyul 2015)

Allah dəli eşq istəyir. Allah sevgi mövzusunda çox həssasdır. Allahda tam aşiq təcəllisi var. Eşqinə xəyanət edəni məhv edər. Amma eşqinə eşqlə cavab verəni də sonsuza qədər eşqlə sevər.

(A9 TV; 31 iyul 2015)

Xahiş edirəm, şəhid cənazələrində ağlamağı aradan qaldıraq. Qurana uyğun deyil, adətimizə uyğun deyil, İslam əxlaqında belə şey yoxdur. Bu çox qədim dövrlərdə Şumerlərdə görülən bir adətdir. Cənnətə gedənin arxasınca ağlamaq olmaz.

(A9 TV; 31 iyul 2015)

“Həll prosesi” deyilən şey; PKK-nın orada bir dövlət qurması, Abdullah Öcalanın oraya prezident vəzifəsinə keçməsi, bölgənin Türkiyədən alınması və orada stalinist, kommunist, yırtıcı, qırmızı bir rejimin hakim edilməsidir. Proses dedikdə məhz bunu nəzərdə tuturlar.

(A9 TV; 30 iyul 2015)

Silahı yerə qoymaq PKK-nın əsla qəbul etməyəcəyi şeydir. Əvvəla bu marksist, kommunist, stalinist prinsiplərə ziddir. Onlar kommunist, stalinist olaraq yetişdirilmişdirlər. Stalinizm ilə silah iç-içədir. Niyə yerə qoysun ki? Sənin xahişinə görə yerə qoyar heç? Təhsil ilə olar bu; darvinist- materialist təhsilə son versən, yaradılışdan, Allahın varlığından, birliyindən danışsan olar.

(A9 TV; 30 iyul 2015)

Müsəlmanlar zavallıdırlar. Bir-birləriylə boğuşmaları çox ağılsız hərəkətdir. Onsuz da hamı sizi əzib keçmişdir. Onsuz da sürünmüsünüz. Onsuz da pərişan olmusunuz. Bir-birinizi əzib keçməyə nə gərək var? Bunlar necə də ağılsız hərəkətlərdir. Hara baxsaq zavallıları görürük. İraqa, Əfqanistana baxıb zavallıları görürük, Yəmənə baxıb zavallıları görürük. Nə gərək var? Birləşin qardaş olun. Gözəl, təvazökar, zəngin, sağlam, xoş yaşayın.

(A9 TV; 30 iyul 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)