Əsgərin ürküdücü, heybətli olması Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Məsələn, əsgərlərə bığlarını qısaltdırmırdı. Hətta əl dırnaqları belə uzun olurdu, səhabələrin çox yırtıcı və ürküdücü görüntüləri vardı. Bığları ta qulaq dibinə qədər uzanırdı, yekə bığlı. Görən xeyli titrəyir, qorxur. Əsgərimizin də belə sarsıdıcı görünüşdə olması yaxşı olar. Xüsusilə də PKK üçün, onların kabusu olmalıdırlar.
(A9 TV; 2 avqust 2015)
PKK, İslamın hakimiyyəti üçün, Allahın müsəlmanları zorlamaqda istifadə etdiyi bir qamçıdır. Müsəlmanlar yuxuda idi, Allah belə bir bəla, fitnə ilə oyandırır. Bu, həmiyyət hissini və mənəviyyatı görünməmiş dərəcədə yüksəldən vəsilələrdən biridir. Firon olduqda, Musa çıxır. Bunlar da bu əsrin fironlarıdır.
(A9 TV; 2 avqust 2015)
Hökumət darvinizmə əl atsın. Darvinizm birbaşa Allahı inkar edən bir sistemdir. Bütün dünya məktəblərdə Allahı inkar edir. Bu vəd edilən dəccaldır; Darvin bir dəccaldır. Axırzaman dəccalıdır. Allahı inkaretmə düşüncəsini inkişaf etdirən bir insandır. Marks, Lenin, Stalin, Hitler, Mussolini o fəlsəfədən törəmişdir. Dəccalın komitəsi olar, komitələrin komitələri olar. PKK da bu komitələrlə ideoloji əlaqəsi olan bir təşkilatdır.
(A9 TV; 2 avqust 2015)
Dünyadakı ən böyük xəstəlik iman zəifliyidir. Çəkilən bütün əzabların, iztirabların, xəstəliklərin təməlində bu var. Dünyadakı bütün fəlakətlərin, aclığın, iqtisadi böhranın təməlində də yenə bu var. Güclü iman olduqda Allah dünyanı cənnətə çevirər.
(A9 TV; 1 avqust 2015)
Biz də əziyyəti xoşlayırıq. Dəyişməz, cansıxıcı həyatı biz də sevmirik. Məsələn, sevdiyimiz biri bizim üçün əziyyət çəksə, çətinlik çəksə onu sevərik. Mənfəət üçün bəslənilən sevgi mənasızdır.
(A9 TV; 1 avqust 2015)
Allah dünyanı metafizik olaraq yaratmışdır. Sakit həyatı bəyənmir. Aktiv, döyüşlər baş verir, qəhrəmanlıq göstərilir, şücaət göstərilir. Əziyyət nəticəsində İslam hakim olur. Allah bunu bəyənir.
(A9 TV; 1 avqust 2015)
PKK iman etmədiyi müddətcə başı bəladan xilas olmaz. Açıq-aydın şəkildə dəccal ordusudur və Fironun ordusu kimi bəla dənizinə qərq olacaqlar. Ağıllansınlar. İman gətirib xilas olsunlar. “La İlahə İllAllah Muhammədən Rəsulullah” desələr xilas olarlar. Bu murdar dənizdən çıxsınlar.
(A9 TV; 1 avqust 2015)
Mehdi (ə.s) dövründə Allahın “Hadi” adı hakim olacaq. Mehdi (ə.s)-ın vəfatından sonra Allahın artıq “Hadi” adı deyil, dəlalətə salan adı təcəlli edəcək. Onsuz da İsa Məsih qısa müddət yaşayacaq, insanlar onun vəfatından sonra manyak olacaq. Dünya tam cəhənnəmə dönəcək.
(A9 TV; 31 iyul 2015)
Vətənin bölünməsi taledə yoxdur. Amma ümməti oyandırmaq üçün Dəccala ehtiyac var. Dəccal xoruz kimi banlayar, insanları oyandırar. Yoxsa insanlar yatar. Dəccal olmadan hərəkətə keçməzlər. Vəzifəsini tamamladıqdan sonra hamısı yox olar.
(A9 TV; 31 iyul 2015)
Dua nədir? Sevgidir, hörmətdir. Sən sevgi, hörmət göstərsən Allah da sənə, göstərdiyin bu sevgi və hörmət qarşılığında gözəllik meydana gətirər. Bunlar qarşılıqlı sevgi nümayişidir.
(A9 TV; 31 iyul 2015)





