ABŞ-ın PKK-PYD-yə silah verməsi çox böyük əxlaqsızlıqdır. Bu ağılsızlıqdan əl çəksinlər. Çox ağılsız hərəkət edirlər. Bunlar kommunist, stalinistdir, sən isə anti-kommunistsən. O zaman Vyetnamda, Koreyada niyə vuruşdun? Kambocada, Laosda niyə mübarizə apardın? Kommunizm yaxşı şeydirsə, niyə onlarla mübarizə apardın? Çox məntiqsiz insanlardır.

(A9 TV; 3 avqust 2015)

“Niyə İslam hakim olmur?” deyə soruşur. Sən insana İslam olaraq cəhənnəmi təqdim edirsən. İslam sevgidir, gözəllikdir, nəşədir, sevincdir, xoşluqdur, səmimiyyətdir, dürüstlükdür, təmizlikdir… Bəs sən nə edirsən? Cəhənnəmi təqdim edirsən. Hər şeyi qadağan edirsən və Allah adından istifadə edərək qadağan edirsən. Quranda vardırmı? Yoxdur. Özündən uydurur.

(A9 TV; 3 avqust 2015)

İnsanları dindən soyutmağa çalışırlar. Məsələn; “dində musiqi yoxdur” deyir. Belə olduqda insan da dinə qarşı soyuqluq duyur. Başqa? “Rəsm də yoxdur” deyir. Gülmək? O da haramdır. Qardaşım, sən adamı dəli etmək istəyirsən? Gənc qızlar makyaj edə bilmir, baxımlı ola bilmir. Qoy əylənsinlər, gözəl olsunlar. Din adı altında cəhənnəmi təqdim edirlər.

(A9 TV; 3 avqust 2015)

Dünya nəhəngdir hamıya bəs edər. Bu qədər azmağın, bu qədər sevgisiz olmağın nə mənası var? Niyə nifrətə vaxt ayırırsan? Sevgiyə vaxt ayır, başın rahat olsun. Niyə özünü sıxırsan?

(A9 TV; 3 avqust 2015)

Allah səmimi qullarının xilas olacağını söyləyir. Allah səmimiyyəti əhəmiyyətli hesab edir. Səmimiyyətsizlik gördüyümüz vaxt, dərhal içimizdə xoşagəlməz hiss yaranar. Bəyənmirik, bizə soyuq, pis gəlir. Səmimiyyət bizi çox rahatladır.

(A9 TV; 3 avqust 2015)

Ən gözəli bağışlayıcı olmaqdır, sülhsevər olmaqdır. Hər şeydə xeyir görməkdir. İnsan zəif yaradılmışdır, bəlaya tab gətirəcək şəkildə yaradılmamışdır. Birinə kin bəsləyir, bununla mübarizə aparır, başqasının üstünə qışqırır. Ona qarşı intriqa hazırlayır. Onsuz da kiçicik, zəif bədənin vardır. Bədənin bu qədər əzaba, bu qədər pisliyə necə tab gətirə bilər? Çox təmiz, dürüst və səmimi ol.

(A9 TV; 3 avqust 2015)

Səmimi insan necə də gözəl olur, saxtakar insan necə də pis olur. İnsan dürüst olduqda rahat olur. Yalan insanı sıxar, boğar. İntiqam, səmimiyyətsizlik.. İnsan onsuz da zəifdir. İnsan belə yükləndiyi vaxt pərişan olar, sağlamlığı gedər.

(A9 TV; 3 avqust 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)