Darvinizmi yox etsən, PKK da yox olar. Sən ibtidai məktəblərdə, orta məktəblərdə, liseylərdə gecə-gündüz darvinizmdən danışsan, məhz insanların da bir hissəsi bu cür marksist, leninist olar.
(A9 TV; 8 sentyabr 2015)
Şəhid mərasimlərindəki cənazə marşını ləğv etsinlər. Bu çox narahat edici şeydir. Bir də insanın ürəyini çox sıxan qəribə bir musiqisi var, tamamilə lüzumsuzdur. Şəhid, təkbirlərlə, salavatlarla şəhəri gəzdirilməklə yola salınar.
(A9 TV; 8 sentyabr 2015)
Kürd nurdur, kürd nəcibdir, kürd alicənabdır. Gücün çatırsa get ordu sıralarına qoşulmaq üçün müraciət et, PKK-lıyla vuruş. Rəzil adam, kürddən nə istəyirsən? Kürd gözəl əxlaqa sahib mükəmməl insandır.
(A9 TV; 7 sentyabr 2015)
İslam hakim olduqdan sonra bir milyon savab alan insan bir savab ala bilər. Daha əvvəl bir işindən, bir fəaliyyətindən bir milyon savab alan biri, İslam hakim olduqdan sonra beş savab alar. Ondan sonra dünyanın mənası qalmadığı üçün, yəni imtahan bitdiyi üçün belə olar, artıq sürətlə Qiyamət gəlir. Hz. Mehdi (ə.s)-ın vəfatı, hz. İsa Məsih (ə.s)-ın vəfatı və sonra da sürətlə Qiyamət olacaq, inşaAllah.
(A9 TV; 7 sentyabr 2015)
Böyük olan, uca olan Allahdır, insan böyük olmaz. İnsan aciz bir varlıqdır, zavallıdır. Müvəqqəti, görüntü olan varlığın nəyə gücü çatar?
(A9 TV; 7 sentyabr 2015)
Allahın hər hansı aciz bir qulusan. Niyə qürurlanırsan? Getdiyin məkan səni şərəfləndirməz. Getdiyin məkanda nə var? Beton var, dəmir var, daş var, kərpic var, taxta var, asfalt var, bir də ağaclar var. Bundan ötrü sən niyə şərəf qazanasan?
(A9 TV; 7 sentyabr 2015)
İnsanın eqoistlik edəcək halı yoxdur, sən qandan, ətdən, sümükdən, sinir hüceyrələrindən meydana gəlmiş bir varlıqsan, əlbəttə ki, ehtiyacların var, niyə lovğalanırsan? Ölüb gedəcəksən, kimə acıq verirsən? Eləcə də, çox qısa müddətdə bitir həyat. Bütün meyitlər məzarın içində açıq-aydın şəkildə şişib partlayır. İnsanın lovğalanacaq halı yoxdur, aciz bir varlıqdır.
(A9 TV; 7 sentyabr 2015)
PKK-nın oyununu pozaq, yəni şəhidlə güc qazanma oyununu ləğv edək. Məsələn, şəhidi yola salarkən onu şəhər içərisində saatlarla gəzdirsən, təkbirlərlə, salavatlarla yeri-göyü inildətsən, bu PKK-nın heç işinə gəlməz. Çünki bu böyük mənəvi gərginlik yaradar, hamı şəhidlərin tərəfində durar.
(A9 TV; 7 sentyabr 2015)
PKK-nın əsil istədiyi şey, xüsusilə şəhidlərimiz yola salınarkən ailələrinin ağlaması, tabutu qucaqlamaları, fəryad etmələri və özlərindən getmələridir. Yoxsa şəhidlərimizin cənazəsi təşriki təkbirlərlə qaldırılsa, bu PKK-nın işinə gəlməz və onu çox narahat edər.
(A9 TV; 7 sentyabr 2015)
Belə bir dövrdə heç kəs bir-biriylə mübarizə aparmasın. Hər kəs bir-birinə sevgiylə yaxınlaşsın. Milli birlik çox əhəmiyyətlidir. Qoruyub himayə etmək əvəzinə bir-biriylə mübarizə aparmaq çox anormal bir hərəkət olar, haram olar.
(A9 TV; 6 sentyabr 2015)





