Allah şəhid ailələrinə, təvəkküllü, gözəl davranan, igid əsgər ailəsi görünüşü verməyi nəsib etsin. Qətiyyən kədər, ağlama, təəssüf ifadəsi olmasın. PKK bunların mətbuatda yayımlanmasını istəyir. Onsuz da o məqsədlə bu partlayışlar törədilir. Yoxsa sən 15 nəfərin şəhid düşməsiylə 80 milyonu yox edə bilməzsən. Amma təşkilat təbliğatı baxımından çox əhəmiyyətli görürlər. O ailələrin qışqırmaları, özlərindən getmələri, tabutu qucaqlamaları PKK-nın ən əhəmiyyətli hesab etdiyi təbliğatıdır.
(A9 TV; 6 sentyabr 2015)
PKK-lı olmaq qanunla cinayət olsun. Yəni PKK-nın lehinə hər hansı bir şüarla çıxış etmək və PKK-nın çınqılını daşımaq cinayət olsun. Geniş miqyaslı həbs etmə əməliyyatları aparılsın. Bu, PKK-ya endiriləcək böyük zərbə olar, bütün üzvlərini itirmiş olar. Bir anda ortalıq sakitləşər. 60-70 min nəfər həbs edilə bilər. Doldur həbsxanaya, sakitləşərlər.
(A9 TV; 6 sentyabr 2015)
Quranın hansı yerində musiqinin haram olduğuna dair ayə var? Şəkilin haram olduğuna dair harada ayə var? Bunu haradan çıxarırsan? Belə bir şey yoxdur. Buna görə, sən özünə bir cəhənnəm meydana gətirmisən. Halalı haram etmisən və axirətdə də gözəl qarşılıq alacağına ümid edirsən. Allah səni cəhənnəmdən qorusun. Allah adından hökm vermək şirkdir.
(A9 TV; 5 sentyabr 2015)
Musiqi halaldır, şəkil halaldır, əyləncə halaldır, heykəl halaldır. Yəni halalların həddi-hüdudu yoxdur. Haramlar Quranda müxtəsər, qısa şəkildə ifadə edilmişdir. Haramlar çox azdır. Allah: “Bunlardan savayı yerdə qalanları sizə halal etdim” deyir. Sən haradan öz-özünə haramlar çıxarırsan?
(A9 TV; 5 sentyabr 2015)
Dünyanın heç bir yerində insanlara, gənclərə, uşaqlara fosil (daşlaşmış qalıntı) göstərilmir. Bu həm qəribə, həm də ibrətamizdir. Niyə təkidlə göstərilmir? Çünki baxdıqları vaxt, təkamülün olmadığını anlayırlar. Belə ki, dünyada ən çox olan fosildir.
(A9 TV; 5 sentyabr 2015)
Vicdan çətindir, lakin meyvəsi gözəldir. Məntiq asandır, lakin meyvəsi çox acıdır.
(A9 TV; 5 sentyabr 2015)
Vicdanın səsinə qulaq asılmadıqda başa gələn ilk bəla, ağıla zərər gəlməsidir. İnsanın ağlına zərər gəlir. Görə bilərmi? Görə bilməz. Çünki zəkası hakim rol oynadığı üçün, görə bilməyəcək. Ağlı örtülər, zəkası açıq qalar. Ümumiyyətlə, Allah zəkanı örtməz. Çox nadir hadisələr istisna olmaqla örtməz. Ağlını örtər. Ağlını örtdüyünə görə, zəkası heç bir işinə yaramır. Bundan sonra zəkası başına bəla açar. Zəkası onu süründürər.
(A9 TV; 5 sentyabr 2015)
Hər murdar hərəkət insanın öz əleyhinə dönər. İşlətdiyi hər taktika, qurduğu hər oyun, etdiyi hər əxlaqsızlıq, danışdığı hər yalan əleyhinə dönər. Əvvəlcə üzünün nuru yox olar, ağlı yox olar.
(A9 TV; 5 sentyabr 2015)
Dünyanı diqqətlə seyr edin, dünyanın 99%-i daim məntiqlə hərəkət edir və hamısı sürünür. Mənə məntiqiylə hərəkət etdiyi halda, sürünməyən bir insan göstərsinlər. Hamısı sürünür. Ağlasığmaz əzablar içində yaşayırlar. Səmimi insanlar, vicdanıyla hərəkət edənlər xeyli gözəl yaşayırlar. Xeyr, əziyyət çəkər, çətinlik çəkər, lakin sonunda Allah ona rahatlıq verər.
(A9 TV; 5 sentyabr 2015)
Həzrəti Yusif (ə.s) daim dürüst olmuşdur. Məntiqiylə hərəkət etmirdi, vicdanıyla hərəkət edirdi. Vicdanı onu hara apardı? Həbsxanaya apardı. Allaha təvəkkül etdi. Sonunda nə oldu? Ən sonunda Allah onu Misirə sultan etdi. Ən gözəl yeməkləri yedi. Ən gözəl paltarları geydi. Cənnətdə ən gözəl məqamlara nail oldu.
(A9 TV; 5 sentyabr 2015)





