İndi Cizrədə nə edilməlidir? İgid xalqımız, kürd qardaşlarımız, nurlu qardaşlarımız üçün, evləri olduqca gözəlləşdirib özlərinə hədiyyə edilməlidir. Malı-mülkü yox oldusa, yerinə artığıyla mal-mülk verilməlidir. Yeməyi yoxdursa və ya misal üçün, 10 kilo düyüsü əldən çıxdısa, yerinə 100 kilo düyü alıb torbayla evinə qoyaq. Bərəkəti olar.
(A9 TV; 13 sentyabr 2015)
Sevgimizi gücləndirək, birliyimizi gücləndirək nəticəni görəcəyik. Allah hal-hazırda bizi seyr edir, söylədiklərimizi də eşidir. Hazırda O, bizi bir yerə topladı. Bir-birimizə olan etibarımızı, sevgimizi, hörmətimizi Allah yaradır. Bütün güc Ona məxsusdur. Biz dua edirik, dünyanın yaxşı olmasını, gözəl olmasını istəyirik, inşaAllah olacaq.
(A9 TV; 11 sentyabr 2015)
İsrarlı, qərarlı olmaq çox əhəmiyyətlidir. Allahın köməyi ilə bu bəlanın, bəlaların, əzabların bitəcəyinə inanıram. Sevgi dolu, ağıllı insanların fəaliyyətdə olduğunu görürəm. Ən zalım insanı belə razı salmaq olar. Sevgiylə yaxınlaşılacağı, Allah inancıyla yaxınlaşılacağı təqdirdə bunun mümkün olduğunu birlikdə görəcəyik. Hər şey əvvəlki gözəlliyinə qayıdacaq.
(A9 TV; 11 sentyabr 2015)
Bölgədəki zülmü və yaşanan əzabları sadəcə diplomatiya ilə həll etmək olmaz. Sevgiylə olar. Allah ilə əlaqədə olmaqla olar.
(A9 TV; 11 sentyabr 2015)
ABŞ-ın bütün rəsmi təşkilatları əldən-ələ keçir, həmişə masonların əlindədir. Məsələn, Corc Vaşinqton ustad masondur. ABŞ-ın bu günə qədər olan bütün prezidentlərinin hamısı masondur.
(A9 TV; 11 sentyabr 2015)
PKK-nın müzakirələr aparılmasını istəməkdə məqsədi nədir? Sevr müqaviləsi kimi. Sevr müqaviləsində nə dedilər? “Gəlin masa arxasında əyləşin” dedilər, Türkiyəni parça-parça etdilər. Bu da həmin şeydir. Bu masa Sevr müqaviləsi masasıdır. Ondan daha betər bir masadır.
(A9 TV; 11 sentyabr 2015)
Məntiqləriylə hərəkət edənlər həmişə sürünərlər. Lakin əvvəlcə qalib gələcək kimi görünürlər. Vicdanlarıyla hərəkət edənlər də əvvəlcə məğlub olacaq kimi görünərlər, lakin həmişə sonunda qalib gələrlər.
(A9 TV; 9 sentyabr 2015)
Bəzi insanlar vicdanlarıyla deyil, məntiqləriylə hərəkət edirlər. “Mən məntiqimin səsinə qulaq asaram” deyir. Qardaşım sonra sürünərsən. Məntiq ilk baxışda insanı xilas edəcək kimi görünər. İnsan məntiqiylə hərəkət etdikdə məntiqinin həmişə lehinə, həmişə kefinə və mənfəətinə uyğun bir şeylər qazandıracağını düşünər. Məntiq daim insanın başını bəlaya salar.
(A9 TV; 9 sentyabr 2015)
Allah ayədə; “vicdanları qəbul etdiyi halda zülm və təkəbbür ucbatından rədd etdilər” deyir. Vicdanına müqavimət göstərir. Yoxsa vicdanı ona doğru olanı əmr edir, “et” deyir, dinləmir. Sözünə qulaq asmır. Buna görə də üzləri qaralır. Yoxsa insan vicdanının səsinə qulaq assa, üzü nur kimi olar.
(A9 TV; 9 sentyabr 2015)
Qısa müddət sonra Azərbaycan qapılarını açacaq, Türk dövlətləri açacaq. Sonra İraq, Suriya, İordaniya, hətta İsrail də. Hz. Mehdinin vəsiləsiylə sevgi, qardaşlıq içində yaşayacağıq. Amma nə qədər? 7 və ya 9 il, bu qədər. Sonra ağlasığmaz pozulma başlayacaq. Əxlaqi tənəzzül. Bu ta hicri 1545-ci ilə qədər davam edəcək. 1545-ci ilin səhərində yaxud axşamında və ya günortasında, o xəbər onlara çatacaq. Bir qayanın üstünə yazsınlar. O qaya o gün parça-parça olacaq. Qiyamət qopacaq.
(A9 TV; 9 sentyabr 2015)





