İslam Birliyi ilk dəfə Türkiyədə müvəffəqiyyətlə tətbiq olunmuşdur. Kürdlər, lazlar, çərkəzlər, hər kəs İslam Birliyinin o gözəl ruhu içində qardaş olmuşdurlar. İrqçilik olsaydı, Orta Anadolu regionunda bir türk dövləti, Cənub-Şərqi Anadolu regionunda kürd dövləti, Qara dəniz regionunda Laz dövləti və Egey regionunda ayrı bir dövlət olacaqdı, parça-parça olacaqdıq və bunlar da öz aralarında yenə parça-parça olardılar. Məhz İslam Birliyi əxlaqı tətbiq olunduğu üçün birlik və həmrəylik içindəyik.
(A9 TV; 9 sentyabr 2015)
Bizim polisimiz dünyanın ən mərhəmətli polisidir. Əsgərimiz dünyanın ən gözəl əxlaqlı, ən nəcib, ən mərhəmətli əsgəridir. Adı üstündə Anadolu dəliqanlısıdır, bunun üçün ona Mehmetçik deyilir.
(A9 TV; 9 sentyabr 2015)
İncəsənət insanın ruhunu nəcibləşdirər, gözəlləşdirər, insan ruhunun qidasıdır. Onu Avropa çox tez müəyyənləşdirdi və tez də tətbiq etdi. Sonunda isə, çox gözəl nəticələr aldılar. Qatı dinçilər İslam aləmini incəsənətdən uzaqlaşdıraraq ən böyük zərbələrdən birini vurdular.
(A9 TV; 9 sentyabr 2015)
Xurafatçılara nifrət etmək də hörmətsizlikdir. Onlar bu cür yetişdirilmişlər, səmimi qatı dinçidirlər, tərslik çıxsın deyə qatı dinçi olmurlar. Qatı dinçiliyin, dinin ən yaxşı tətbiq forması olduğunu düşünürlər. Yəni həyatı özünə zəhər edərək, dünyanı cəhənnəmə çevirərək yaşadıqları vaxt, İslama uyğun hərəkət etdiklərini düşünürlər. Yanlış bilirlər, onları nəzakətlə öyrətməlisən.
(A9 TV; 9 sentyabr 2015)
MHP, camaatlara, müsəlman cəmiyyətlərə, təriqətlərə daha çox sahib çıxmalıdır. Yəni millətlə daha çox bütünləşməlidir. Bunu etməməklə geridə qalır. AKP qurulduğu vaxt, sıfır idi, indi isə böyük partiya oldu. Çünki kütlə partiyası siyasətini izləyir. Təriqətlərə sahib çıxır, camaatlara sahib çıxır, sürətlə inkişaf edir. MHP eynisini etsə o da inkişaf edər.
(A9 TV; 8 sentyabr 2015)
Darvinizm və materializm elmi dəlillərlə yox edilsə, PKK-nın əsas həyat damarı kəsilər. Yoxsa PKK-nı bəsləyən sistem ayaqda qaldığı müddətcə, istədiyin qədər danış. Bu əsnada yenə qan su yerinə axar.
(A9 TV; 8 sentyabr 2015)
Darvinizm və materializm özü ilə birlikdə Marksist, Leninist, terrorist zehniyyəti də gətirər.
(A9 TV; 8 sentyabr 2015)
Əsgərin, polisin silah keyfiyyəti artırılsın və səfərbərlik elan edilsin. Belə edilsə, PKK-nın əhval-ruhiyyəsi tamamilə qaçar. 4 milyon əsgər edəcək. 72 saatda toplaya bilərik, 72 saatda. Baxın, 4 milyon əsgər. Bu titrədər. Yəni bu Çin ordusunda yoxdur, yeri-göyü lərzəyə gətirərlər. İşimiz bitsin, əsgərləri geri çağıraq, sonra da onları tərxis edək. Amma bunu edək.
(A9 TV; 8 sentyabr 2015)
Televiziya kanalları şəhid xəbərlərini ağladacaq, ah-nalə salacaq şəkildə yayımlasalar bu PKK-nın işinə yarayar. Amma sinəsi dimdik ata-analar olsa, oğullarıyla fəxr edən şəhid anaları, ataları olsa bu PKK-nı çökdürər.
(A9 TV; 8 sentyabr 2015)
Cənub-Şərqi Anadolu regionunda bir çox ailə kasıbdır, evlərində Quran yoxdur, Quran payla. Darvinizmin əsassızlığından bəhs edən kitablar dərc etdir, payla. Kitablarımın müəlliflik hüququnu verirəm, onları istədiyiniz kimi dərc etdirib paylayın. PKK-nın inkişaf etmə səbəbi darvinizmdir. Məktəblərdə tək tərəfli darvinist təhsilə son verilməsi üçün nazirliyə bildiriş yazın, ərizə verin. Səsiniz çıxmır. Cənub-Şərqi Anadoludakı məzlum qardaşlarımızın mindiyi avtobusa hücum etmək əvəzinə PKK-nın zehniyyətinə qarşı elmi mübarizə aparın.
(A9 TV; 8 sentyabr 2015)





