İnsan vicdanına tabe olduğu vaxt, çox şey itirəcəkmiş kimi görünür, halbuki ən məqsədəuyğun hərəkəti edir. Məsələn, peyğəmbərlər vicdanlarına uydular, döyüşlərə qoşuldular, əziyyət çəkdilər, əzablar çəkdilər. Lakin sonunda dünyanın ən yaxşı insanları onlar oldular.
(A9 TV; 5 sentyabr 2015)
Heç kəs Allahın dərgahında modabazlıq, lovğalıq edə bilməz. Çoxbilmişcəsinə cavab verə bilməz. Allah onsuz da: “Axirətdə onları danışdırmayacağam” deyir. Allah: “Susun, danışmayın, oraya alışın deyəcəyəm” deyir. Allah, “susun” dedikdən sonra, artıq bir daha danışa bilmir. Yəni dili tutulur. Allah artıq dilini iflic edir.
(A9 TV; 5 sentyabr 2015)
PKK-ya zorla xeyli gənc alınır. Bunlar zərər çəkmiş insanlardır. Dövlət bu gənclərə “zərər çəkmiş” statusu versin, onları xilas etsin.
(A9 TV; 5 sentyabr 2015)
MHP gəncliyi çox həyəcanlı dinamik bir gənclikdir. Gəncləri bu əvvəlki hallarına qaytaraq. Bu millətin qəlbinə işıq saçar, gözəl olar. Yəni PKK-nın azğın ruhuna, təcavüzkar ruhuna qarşı idealist gəncliyin coşğulu həyəcanı gətirilsə mükəmməl olar.
(A9 TV; 5 sentyabr 2015)
Biz bu məmləkəti su yerinə axan qanla aldıq, yüz minlərlə şəhidin qanıyla. Sən 3-5 uydurma özünü bilməzlə meydana çıxıb: “Biz buranı alacağıq” deyirsən. Alarsan. 80 milyonu şəhid etdikdən sonra alarsan. Ondan sonra hamısı sənin olsun. Bunun başqa yolu yoxdur.
(A9 TV; 4 sentyabr 2015)
Bizim İŞİD-lə işimiz yoxdur. Sən PKK məsələsini həll edə bilmədiyin halda, hər gün şəhidlər verdiyin halda, səninlə heç işi olmayan birinə hücum etsən, bu günah olar. Bu müsəlmana yaraşmaz.
(A9 TV; 4 sentyabr 2015)
Şəhidi yola salarkən öz paltarıyla, qanlı paltarlarıyla tabuta qoymadan əvvəl açıq halda gətirməlidirlər. Bu cür açıq halda da, al-qan içində türk bayrağının üstünə yatırdıb bütün şəhəri gəzdirmək lazımdır, yer-göy təkbirlərlə, salavatlarla dağılmalıdır. Yaranan o gərginlik ağlasığmaz bir qüdrətə çevrilər. Bunu deyim ki, onun verəcəyi mənəvi güc bütün dünyanı titrədər. ABŞ və digər ölkələr qorxuya düşər.
(A9 TV; 4 sentyabr 2015)
Allah əsgərimizə güc-qüvvət versin, onları namərd güllələrdən qorusun. Allah onlara heybət versin. Allah qarşılarındakı gücün qəlb gözünü bağlasın, qəlblərinə qorxu salsın. Allah əsgərlərimizə müvəffəqiyyət versin, onları nuruyla əhatə etsin. Hamısına hidayət versin. Şəhid olan olsa da, Allah şəhidliyini mübarək etsin.
(A9 TV; 4 sentyabr 2015)
İnsan qaçaqmalçılığı işini də PKK həyata keçirir. Qaçqınları təxliyə qayıqlarına doldurmaq, dənizdə boğulmalarına şərait yaratmaq kimi şeylərin hamısını PKK təşkil edir. Bu, normal bir insanın, normal bir müsəlmanın edəcəyi bir şey deyil. Ancaq bir psixopatın edəcəyi şeydir. Belələri pul üçün hər cür alçaqlığı edirlər.
(A9 TV; 4 sentyabr 2015)
Kürd igiddir. Kürd vəfalıdır. Kürd sadiqdir. Kürd nəcibdir, əsilzadədir, dəliqanlıdır.
(A9 TV; 4 sentyabr 2015)





