Təmtəraqda böyüklük deyil, özünə və ətrafına hörmət iddiası vardır. Təkəbbürdə isə sıxılma, qəribəlik və lovğalıq vardır.
(A9 TV; 10 yanvar 2018)
İnsanın özünün müəyyən etdiyini zənn etdiyi hər şeyi taledə Allah müəyyən etmişdir.
(A9 TV; 10 yanvar 2018)
Suriyanın ərazi bütövlüyünü qorumaq çox əhəmiyyətlidir. Rusiya, İran, Türkiyə və Suriya birgə hərəkət edib, Azad Suriya Ordusu və Suriya Ordusu birlik olub, bölgədəki bütün terror təşkilatlarını təmizləmək lazımdır.
(A9 TV; 10 yanvar 2018)
Yaxşı insanla qarşılaşmaq, səhrada susuzluqdan ölmək üzrə olan insanın buz kimi limonadla qarşılaşması kimidir. İnsan dərhal şükür edər, o insanın ən yaxınında olmaq istəyər. Yaxşı insanın mövcudluğu Allahdan çox böyük nemətdir.
(A9 TV; 10 yanvar 2018)
İnsan bədəni Allah ilə əlaqəyə görə yaradılmışdır. İnsan necə ki, susuz qaldığı zaman pərişan olursa, Allah ilə əlaqəsi kəsildiyi zaman da bütün hüceyrələr xəstələnər. O zaman bədən ölmək istəyər. Allahdan qopan hər bədən tezliklə ölmək istəyər, Allah qorusun. Allah yaşama səbəbidir. Sən yaşama səbəbini aradan qaldırsan depressiyadan xilas ola bilməzsən.
(A9 TV; 10 yanvar 2018)
Yerli və milli olmaq Türkiyə üçün mühümdür. MHP-nin yerli və milli münasibəti, dövlətin və millətin davamiyyəti üçün qətiyyəti çox əhəmiyyətlidir. CHP-nin də müxalifətinin mütləq yerli və milli olması lazımdır.
(A9 TV; 10 yanvar 2018)
MHP ilə AKP ittifaqının kürd qardaşlarımız əleyhinə olacağı iddiasına heç bir qardaşımız aldanmasın. MHP irq partiyası deyil. Millətçilik anlayışı mədəniyyət millətçiliyidir. Kürd qardaşlarımız əleyhinə ən kiçik düşüncə, ən kiçik hərəkət nə MHP də, nə də AKP də olmaz, olmayacaq. Keçmişdə yaşanan bəzi hadisələr keçmiş dərin dövlət zehniyyətinin zülmləridir. Bu struktur müsəlmanlara da, dindarlara da, sol təbəqəyə də, ülkücülərə də, hər kəsə zülm edirdi. AKP-nin də, MHP-nin də kürd qardaşlarımız əleyhinə heç nəyə icazə verməyəcəyinə Allahın icazəsi ilə biz zaminik.
(A9 TV; 10 yanvar 2018)
Müsəlmanların zəif olduğu nöqtələrdən hərəkət edərək müsəlmanları çətin vəziyyətdə qoymağı qarşıya məqsəd qoyanlara Tayyib hocam çox gözəl cavab verir. İngiltərə dərin dövləti ilə mübarizədə MHP ilə AKP-nin ittifaqı çox mühümdür.
(A9 TV; 10 yanvar 2018)
Allah insanları çətinliklər və əziyyətlərlə tərbiyə edər. Qocalıq, xəstəlik, aclıq, qorxu da insanların tərbiyəsində əhəmiyyətlidir. Məsələn, münafiqlərə çox bəla gələr, lakin heç vaxt anlamazlar, tərbiyə olunmazlar. Bu tərbiyənin məqsədi də sevgini öyrənməkdir. Dünya sevginin öyrədildiyi mükəmməl məktəbdir.
(A9 TV; 9 yanvar 2018)
Münafiq həm Quranla danışar, həm özünü dindar kimi göstərməyə çalışar, həm də dinlə, ayə ilə, hədislə haşa lağ edər. Şeytanın lağlağı xüsusiyyəti münafiqlərdə var. Münafiqlər də, şeytan da yalançıdır, münafiqlər də, şeytan da təkəbbürlüdür. Münafiqlərin üzünə sanki tənəkə vurulmuş kimidir. Şeytan da eyni ləyaqətsizliyə sahibdir.
(A9 TV; 9 yanvar 2018)





