Sevgi və mərhəmət olmadıqda yaşlanan insanları qocalar evinə qoyub tərk etməkdə problem görmürlər. İnsanı xoşbəxt edən yemək, beton və s. deyil. Qayğı, sevgi və mərhəmətdir.
(A9 TV; 9 yanvar 2018)
Mehdiyyət dünya tarixinin gəlib-keçmiş ən böyük hadisəsidir. Bunu Peyğəmbərimiz (s.ə.v) deyir. Dəccaliyyət və Mehdinin zühuru, dünya tarixinin ən böyük hadisəsidir.
(A9 TV; 9 yanvar 2018)
Amerika xalqına PKK-nın ideologiyasını və quruluşunu yaxşı izah etmək lazımdır. Amerika xalqının böyük əksəriyyəti PKK-nın kommunist, dinsiz, ateist təşkilat olduğunu bilmir. Xalqa bu həqiqəti hərtərəfli izah etmək əhəmiyyətlidir. Türkiyənin tezliklə Suriya, Rusiya, İranla ittifaq etməsi, PKK-ya qarşı bu ölkələrlə birgə hərəkət etməsi lazımdır.
(A9 TV; 9 yanvar 2018)
Allah saf sevgidir. Allah; “dünyanı insanlar Mənə ibadət etsinlər deyə yaratdım” deyir. İbadətin məqsədi sevgidir. Namaz sevgimizi ifadə etməyin bir yoludur. Mömin şükür edər, bu sevgi ifadəsidir. Səbir edər, bu sevgi ifadəsidir. Möminin həyatının hər anı, həyatın bütün məqsədi sevgidir. (Zəriyət surəsi, 56: Mən cinləri və insanları təkcə Mənə ibadət etsinlər deyə yaratdım).
(A9 TV; 9 yanvar 2018)
Münafiq eynilə şeytan kimi böyüklük və əzəmət hissi ilə ağlını itirmiş məxluqdur. Şeytan münafiqin bədənindən istifadə edər. Münafiqin beynini tamamilə şeytan yönləndirər.
(A9 TV; 9 yanvar 2018)
Zaman bir qavrayış formasıdır. Tək bir an içində əbədiyyət bitmiş vəziyyətdədir. Tək bir anın mövcud olması, taleyin elmi cəhətdən mövcud olduğunun dəlilidir.
(A9 TV; 9 yanvar 2018)
İnsan ağrı-acılar və çətinliklərlə kamilləşər. Bu qədər xəstəlik olmasına, ölümün yaxınlığına, acizliklər olmasına baxmayaraq, insanların çoxu kamilləşmir. İnsanın inkişafının yeganə yolu budur. Keyfiyyət, gözəllik, sevgi, ehtiras çəkilən əziyyətlə ortaya çıxır. Hər kəs Rəsulullah (s.ə.v)-i çox sevir, niyə? Çəkdiyi əziyyətləri bilirik. Hz. Yusif deyildikdə ağla həmişə quyuya atılması, zindana salınması gəlir. Hz. İbrahimi həmişə oda atılması ilə xatırlayırıq. Çəkilən hər ağrı-acı və əziyyət sevgiyə vəsilə olar.
(A9 TV; 9 yanvar 2018)
Allah Özünü çox sevəni çox sevəcək, ehtirasla sevəcək insanları birlikdə yaradar. Peyğəmbərimiz (s.ə.v)-i ehtirasla sevən həyat yoldaşları ilə birlikdə yaradır. Hz. Süleymanı onu sevən həyat yoldaşları ilə birlikdə yaradır. Ehtiras Allahı səmimi-qəlbdən sevməklə bağlıdır. Kim Allahı səmimi-qəlbdən sevsə Allah ona ehtirasla sevəcəyi təcəllilər göndərər.
(A9 TV; 9 yanvar 2018)
Bar mühiti estetik olaraq gözəl mühitdir. Evlərdə dekorasiya olaraq da gözəldir, Kasablanka kimi filmlərdəki mühit də gözəldir. Alkoqol, narkotik maddələr və s. olmayan bir mühit olduğu zaman heç bir problem yoxdur. Bara gələn sağlamlıq qazanıb getməlidir, lakin hamısından əvvəl bu məkanlarda qadınlara sevgi və hörmətin ən yüksək səviyyədə olması lazımdır. Yüzlərlə içki növü ola bilər, bol zülallı üzüm suyu, portağal suyu, ananas suyu, ağla, xəyala gəlməyəcək hər meyvənin suyu ola bilər, içlərinə süd qarışdırıla bilər. Zülalı və mineralı yüksəldilmiş içkilər ola bilər. Çox gözəl asan hazırlanan yeməklər ola bilər. Musiqi sisteminin də mükəmməl olması təmin edildikdən sonra, barlarda gənclər çox gözəl əylənib xoşbəxt olarlar.
(A9 TV; 9 yanvar 2018)
Sevəni də, seviləni də Allah yaradar, ikisi təkdir. Allah ikisini mütləq birləşdirər, mütləq qovuşdurar. Lakin biri şeytan digəri insandırsa, qovuşa bilmirsənsə nə gözəl, Allah səni xilas etmiş deməkdir.
(A9 TV; 9 yanvar 2018)





