Münafiq tənhalığa məhkumdur. Cəmiyyətin kənarlaşdırdığı, təcrid edilmiş 3-4 çaqqaldan başqa, ətraflarında heç kim olmaz. Bu 3-4 çaqqaldan da bütün cəmiyyət nifrət edər, salam belə verməz. İnsanlar münafiqlərdən murdarlıqdan diksinən kimi diksinərlər, hamı uzaq dayanar. Münafiqlər ləyaqətsizlik şokuna giriblər. Heç nədən anlamazlar. Şəxsiyyətsizliyin, əxlaqsızlığın ən yüksək səviyyəsinə çatdıqları üçün ləyaqətsizlik şokuna girmiş vəziyyətdədirlər. İnsanlar üzlərinə tüpürdüyü zaman yağış yağdığını zənn edirlər.
(A9 TV; 9 yanvar 2018)
Münafiq müsəlmanların yanından ayrıldıqdan sonra da müsəlmanlara fayda verməyə davam edər. Münafiq eşşək kimi çalışar, lakin malı xərcləməyə qıya bilməz, yığıb toplayar. Bu topladıqları da müsəlmanlara bərəkət olar. Övladına sərmayə qoyar, o övladı da İslama xidmət edər. Münafiq xain olduğunu bilərək Müsəlmanların arasında yaşadığı üçün ruhən və cismən də xəstədir. Gülərək atılıb düşməsi də iztirabını gizlətmək üçün bir oyundur. Gəncliyini, ömrünü, sağlamlığını həsr etmiş və münafiqin alnına böyük hərflərlə yazılmışdır: A-X-M-A-Q.
(A9 TV; 9 yanvar 2018)
Peyğəmbərimiz (s.ə.v) dövründə münafiqlər mənfəət ümidi ilə Rəsulullah (s.ə.v)-in yanına gəlib namərdcəsinə fəaliyyət göstərir, hər kəsin görmədiyini, başa düşmədiyini zənn edirdilər. 20 il, 175 min 200 saat ərzində İslam üçün xidmət edirdilər. Bir çox qəbilədən çox sayda insan gətirir, evini, atını, pulunu, malını verirdilər. Peyğəmbərimiz (s.ə.v) və müsəlmanları həmişə varlandırırdılar. Bunların qarşılığında da çox böyük mənfəət gözləyirdilər. “Peyğəmbər (s.ə.v) vəfat edəcək hər şey özlərinə qalacaq” deyə düşünürdülər. Lakin gördülər ki, əsas özləri çökürlər, hər şeyləri bitmiş vəziyyətə gəlirlər. Peyğəmbər (s.ə.v) isə hər keçən gün daha da gümrahlaşır, güclənir. O zaman “biz ayrılaq” dedilər. Lakin bütün malını, mülkünü, ömrünü İslam üçün verdikdən sonra, qocalıb, çöküb zəiflədikdən sonra rədd olub gedir. Məhz bu, tarix boyu bütün münafiqlərin axmaqlığıdır.
(A9 TV; 9 yanvar 2018)
Biz Tayyib hocamın 51%-lə deyil, ən azı 70%-lə yenidən prezident olmasını istəyirik. Tayyib hocam mövqe hərisliyi olan insan deyil. Tək dərdi müsəlmanların qorunması, İslam aləminə sahib çıxılmasıdır. Bu cür insana belə dövrdə dəstək olmamağın vicdani məsuliyyəti olar.
(A9 TV; 9 yanvar 2018)
Hörmətli Dövlət Bahçeli tarixə düşəcək türk böyüklərindən biridir. Ağıllı, mübarək insandır. Hadisələrə dövlət ağlı ilə, rəhmani ağılla yanaşır. Klassik romantik siyasətçi kimliyindən uzaq, dava adamı və dövlət xadimi olaraq məsələlərə baxdığı üçün çox məqsədə uyğun diaqnozlar edir. Hörmətli Bahçeli fitnəni yerlə-yeksan edən fitnəyə aman verməyən güclü, gözəl şəxsiyyət nümayiş etdirir. Ülkücü siyasət xüsusilə bu dövrdə Türkiyə üçün mühüm ehtiyacdır. Dövlət tərbiyəsi almış insanların dövlətin mühüm mövqelərində vəzifə icra etməsi, dövlətin və millətin davamiyyəti üçün çox zəruridir.
(A9 TV; 9 yanvar 2018)
Allaha inanmayan insan şüurunu itirmiş deməkdir. O insan ölüdür, ömür boyu sürünər. Zülmət qaranlıq içində yox olub gedər. Ruh sahibi insanın, açıq şüurla Allahı inkar etməsi qeyri-mümkündür. Belə insan dünyada yoxdur.
(A9 TV; 9 yanvar 2018)
Türkiyəni parçalamaq planlarına qarşı Türkiyə, İran, Rusiya və Suriyanın ittifaq edib, Suriyanın ərazi bütövlüyünün təmin olunması və bölgədəki bütün terror təşkilatlarının təmizlənməsi üçün birgə hərəkət edilməsi çox əhəmiyyətlidir. Tezliklə bu ittifaq təmin edilsin və Suriyanın ərazi bütövlüyünün qorunması məsələsində Türkiyə qətiyyətini göstərsin.
(A9 TV; 9 yanvar 2018)
Münafiq dünyada da, axirətdə də həmişə alçaldılar. Ləyaqətsizlik şokuna girmişdir, bu şok axirətdə də davam edər.
(A9 TV; 8 yanvar 2018)
Təmiz ağıl şübhə, qorxu ilə çirklənməyib. Səlis, rahat düşünər. Ağlı çirklənənin üzündə qaralma və mənasızlıq yaranar. Heç cür məsələləri qavraya bilməz. Buna görə də, ağlı fərəh və təmiz saxlamaq əhəmiyyətlidir.
(A9 TV; 8 yanvar 2018)
Mən hər insana Allahın yaratdığı varlıqlar olaraq dəyər verərəm. Ruh sahibi olan hər insan mənim üçün müqəddəsdir. Ruh sahibi olan varlıq cənnət dostu, əbədiyyət dostu deməkdir.
(A9 TV; 8 yanvar 2018)





