İnsanların anlaşa bilməsi üçün Quran əxlaqında ittifaq etməsi lazımdır. Ailədaxili anlaşmazlıqların həll yolu da, qardaşların uyğunlaşa bilməsi də, dostlar arasında razılaşma olması da, Quranı meyar qəbul etməklə mümkündür.
(A9 TV; 11 yanvar 2018)
Allah gözəl günləri yaxınlaşdırsın, dünyaya sülh hakim olsun. Allah sevgisindən hər yerdə bəhs edilsin. Allah bizi o mübarək günlərə qovuşdursun.
(A9 TV; 11 yanvar 2018)
Türkiyənin solu geri qalmış soldur, çox geri qalmış düşüncəyə sahibdir. Stalin dövrünün soludur. Buna görə də, hamısı olmasa da, böyük hissəsi; mövhumatçı, mühafizəkar və ənənəçidir. Çox qatıdırlar. Geyim-keçimi belə, Stalin bığı. Stalinin üslubunda danışırlar. Stalinin mədəniyyətində qalıblar, 2017-ci ilin insanı deyil. 1920-ci illər, 1930-cu illərin düşüncəsinə sahibdir. Özünü inkişaf etdirə bilməyib. Onun üçün qadınlara qarşı da qatıdır. Məsələn; solçu qadınlarına baxın kişi kimidirlər. Makiyaj etməzlər, hərbi geyimlər geyinərlər. Hamısı olmasa da, bir çoxu baxımsızdır. Pis görünüş var. Sərtdirlər, sevgisizdirlər. Ənənəçi ortodoks təbəqədə də yenə elə qadınların bir çoxu baxımsızdır və onlardan əksəriyyətlə gözəl qoxu hiss etməzsən. Gözəl baxım hiss edə bilməzsən. Hamısı üçün demirəm, bir hissəsi üçün deyirəm, çünki çox yaxşı olan, çox dəyərli olan insanlar da var. Lakin qadın əleyhdarlığı onlarda da çox şiddətlidir. Onlar onsuz da özləri müdafiə edirlər; qadınların ağılsız olduğunu, yarım ağıllı olduğunu, dəyənəklə döyülməsinin lazım olduğundan kişilərdən daha geniş bəhs edirlər. Onlar qadının dediyinin əksinin edilməsinin lazım olduğunu su kimi əzbərləyiblər. Qadınlara aid hökmlər deyə o mövzuda alim olmuş qadınlar var. Özünü təhqir edir və bunu təqva üçün edir, Allahın hökmü budur, onsuz da belə olması lazımdır deyir. Bundan sonra bu ədəbsizliyə yol verməyəcəyimizi göstərdikdən sonra türk gəncliyində böyük oyanma oldu. Baxın, 150.000-dən çox insanla görüşdük. Hamısının pozitiv, olduqca azad, ziyalı, Quran müsəlmanı olduğu, ağıllı, şəfqətli və mərhəmətli olduğu, kömək sevər, nəzakətli, müharibələrə qarşı olan, qan tökülməsindən nifrət edən, dostluq və sevgidən çox zövq alan, incəsənəti, estetika, elmi coşğu ilə müdafiə edən, demokrat, azad düşüncəsini müdafiə edən, respublikaçı ağla sahib keyfiyyətli gənclər olduğunu, qadın azadlığını müdafiə etdiklərini görürük. Dolayısilə apardığımız elmi mübarizə əlhəmdülillah meyvələrini verdi və verməyə davam edir.
(A9 TV; 10 yanvar 2018)
Qadınları yola gətirmək məntiqi həm darvinizmdə, həm də ənənəçi ortodoks sistemdə var. Darvinizm qadınları itdən bir qədər daha yaxşı, heyvanla insan arası varlıq olaraq görür. Bu anlayış qadının əzilməsi üçün insanların əlinə fürsət verir. Ənənəçi sistem də qadını yarım olaraq görür və cəhənnəmin qadınlarla dolu olduğunu iddia edir. Bu vəziyyətdə qadınlara hörmət göstərən olmur və qadını həmişə yola gətirmələrinin lazım olduğunu düşünürlər.
(A9 TV; 10 yanvar 2018)
Gözəl dostluğun təməli eqoist olmamağa əsaslanır. Eqoist olmayan, sevməyi bacaran, fədakarlığı bacaran, hər şeydən əhəmiyyətlisi Allahı sevən və bilən insan gözəl dostluq qura bilər.
(A9 TV; 10 yanvar 2018)
Ruh sahibi insan Allahın ruhunu daşıyan insan cəhənnəm əhlindən olmaz. Cəhənnəm əhli görünüşdə insan olan, lakin şüuru qapalı olan varlıqlardan ibarətdir.
(A9 TV; 10 yanvar 2018)
Əvvəlcə mənəvi inkişaf lazımdır. İmani həmlə, yüksəlmə və ucalma lazımdır. ABŞ-da, Çində texnologiya yüksək səviyyədədir, lakin xalq sürünür. Allah sevgisi və iman olmadıqdan sonra insanlar mütləq əzab çəkər, mütləq müəyyən mənada sürünərək yaşayarlar.
(A9 TV; 10 yanvar 2018)
Son 10 ildə 20 milyon müsəlman həyatını itirdi. Münafiqlərin hamısı bu 20 milyon müsəlmanın şəhid olmasına göz yummaq, yəni təhrik etməkdən məsuldurlar. Çünki Allah rizası üçün elmi yolla mübarizə aparmağı tərk edib öz nəfslərini seçirlər. Dünyada və axirətdə bunun hesabını verəcəklər.
(A9 TV; 10 yanvar 2018)
Cənnətdə həmişə yeni nemətlər, yeni gözəlliklər olar. Ən mükəmməl musiqini dinlədiyini zənn edərsən, daha mükəmməli gələr. Çox gözəl təsvir görər, bəyənər, nə qədər gözəl deyə içindən keçirərkən, özü də o gözəllikdə olar. Cənnətdə fasiləsiz inkişaf vardır, hər nemət həmişə inkişaf edər və genişlənər.
(A9 TV; 10 yanvar 2018)
Allah qorxusunun yaranması üçün insanın əvvəlcə Allahın sənətini anlaması lazımdır. Aya, ulduza, kainata, böcəklərə, çiçəklərə baxıb düşünmək lazımdır. Lakin insanların çoxu bunlarla bağlı məlumat alma imkanına sahib deyil. Buna görə də, Allahı sevənlərin bu məlumatları insanlara hazır təqdim etməsi əhəmiyyətlidir. Mən bunun üçün kitablarımda insanlara bu məlumatları çatdırıram və insanlar dəstə-dəstə Allaha üz tutur, əlhamdulillah.
(A9 TV; 10 yanvar 2018)





