Qadınlar mələk kimidirlər, olduqca yüksək əxlaqa sahibdirlər. Möhtəşəm analiz gücləri var. Saniyələr ərzində yüzlərlə incəliyi diaqnoz edə bilərlər. Çox incə düşünərlər. Hansı cümlənin nə üçün qurulduğunu, danışarkən nəyin nə üçün vurğulandığını hələ insan danışarkən həmin anda diaqnoz edərlər. Qadınlar çox həssas, saf varlıqdırlar. Çox diqqət yetirmək lazımdır. Bu mübarək varlıqların əzilməsinə bundan sonra heç vaxt imkan verməyəcəyik.

(A9 TV; 11 yanvar 2018)

İnsanlar Allaha dost olsalar dünya cənnətə dönər. Allah; “əgər Məni unutsanız bilmədiyiniz yerdən əzab yaşadaram” deyir. Dünyanın cənnət kimi olmasını istəyirsinizsə mütləq Allaha yönəlmək əsas şərtdir.

(A9 TV; 11 yanvar 2018)

İnsan nəyin doğru, nəyin yanlış olduğunu biləcək həssas məhək daşı kimi yaradılmış xüsusi varlıqdır. Bir şeylə qarşılaşdığımız zaman nəyin doğru, nəyin də yanlış olduğunu başa düşərik, doğru olanı dərhal qavrayarıq. İnsanların məsələsi doğruya müqavimət göstərib-göstərməməkdədir.

(A9 TV; 11 yanvar 2018)

Gənclərə qızlarla oğlanların çox gözəl dost ola biləcəklərindən gözəl və qısa şəkildə bəhs edilsə, onlar çox gözəl dostluqlar qurarlar. Bir-birilərinə hörmət göstərməyin, dost olmağın, sevməyin yolu göstərilsə çox möhtəşəm dost olarlar. Qızlar çox rahat olarlar heyrətamiz hörmət görər və rahat yaşayarlar. Lakin bir çox insanın təzyiq göstərməkdən başqa bildiyi üsul yoxdur. Sadəcə təzyiq göstərməyi, qadağan etməyi bilirlər.

(A9 TV; 11 yanvar 2018)

Türkiyə ilk növbədə mütləq Suriya dövlətinin ərazi bütövlüyünü təmin etməlidir. Qanuni, leqal dövlətin tam formalaşdırılması və Suriyanın bölünməsinin tam mənası ilə əngəllənməsi lazımdır. Azad Suriya Ordusu, Suriya ordusu ilə əməkdaşlıq edib PKK və bütün terror təşkilatlarını bölgədən silməlidir. Türkiyə, İran, Suriya və Rusiya ittifaq edərək bölgənin daha çox parçalanmasına mütləq mane olmalıdırlar.

(A9 TV; 11 yanvar 2018)

Həqiqi sevgi çətindir. Dərviş olub sevgini axtarmaq lazımdır. Süni sevgilər bəzi gənclərin tənhalığı seçməsinə səbəb olur, lakin tənhalığı seçməmək lazımdır. Allahı sevib, səni sevəni tapmağa əzm göstərmək lazımdır. Tənhalığı istəmək düzgün olmaz. Səbirli olsan, özünü Allaha təslim etsən, Allah mütləq səni səmimi-qəlbdən sevəcək qullar yaradar.

(A9 TV; 11 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)