Sevgi Allahın təməl xüsusiyyətidir, dünyanın mənasıdır. Nifrət çox çətindir, insanı mənəvi və fiziki cəhətdən çökdürər. Cəmiyyəti çökdürər, həyatı çökdürər, iqtisadiyyatı çökdürər. Nifrət çox qorxuncdur.

(A9 TV; 1 oktyabr 2015)

Küfr əhlinin bataqlığında yaşayan insanlar, o çirkdən ciddi olaraq ləkələnirlər. Bu, üstlərində görülür. Ətinə, sümüyünə, dərisinə, baxışına hər şeyinə əks olunur. O mərhəmətsiz dünyanın, mərhəmətsiz çirki hər yerinə bulaşmış olur. İslamı yaşamağa başladığında, bu çirk üstündən yavaş-yavaş yox olur.

(A9 TV; 1 oktyabr 2015)

Əziyyət nə qədər çoxdursa, savab da o qədər çox olar. Hz. Mehdi (ə.s)-ın qarşılaşdığı çətinliklər saymaqla bitmir. Sayılan hər əziyyət, yuxarıya doğru bir pillədir. Məsələn, 1000 kilometrlik pillələr düşün, hər biri 1000 kilometrlik pillə olsun, dırmaşır və yenə dırmaşır, mənəvi mövqeyin ardı-arxası kəsilmir.

(A9 TV; 1 oktyabr 2015)

Dünyada nə qədər çox yaşasan mənəvi mövqedə bir o qədər yüksəlmə imkanı olar. Vəfat etdikdən sonra, cənnətə getdikdən sonra cəsarət, vəfa qalxır, hamısı qalxır. Təkcə yeyib-içirsən, gəzib əylənirsən, Allaha şükür edirsən, mələk kimi olursan. Bunun üçün də, dünyada çox qalmağın da bu faydası var. Çünki qaldığın vaxt, milyonlarla savab qazanırsan.

(A9 TV; 1 oktyabr 2015)

Vəsvəsəyə qarşı aparılan mübarizədə qalib gələnə imanlı deyilər. Vəsvəsə həmişə olar. Şeytan səndən əl çəkməyəcək. Bədiüzzaman: “Şüphə orduları gəlsə də təhqiqi iman yox olmaz” deyir. “Amma təqlidi iman məğlub olar” deyir. Bunun üçün də, biz iman həqiqətləriylə əlaqədar kitablar hazırlayıb bunları sizə çatdırırıq. Yəni şübhə ordularına qarşı mübarizə aparmağınız üçün. Bu mübarizə nəticəsində müsəlman qəhrəman olur, Allah Qatında dəyərli olur.

(A9 TV; 30 sentyabr 2015)

Allahı hər yerdə yada salarsan. Həyatla din iç-içədir. Vanna otağında olarkən, yemək yeyərkən, hər yerdə Allah xatırlanar və hər vəziyyətdə. Allahın xatırlanmadığı heç bir an və heç bir yer yoxdur. Sən Quranla iç-içə rahat yaşaya biləcəyini görəcəksən, Quranı rahatlıqla oxuya biləcəyini görəcəksən. Quran sənin yanında olacaq, başının yanında olacaq, yatarkən də Allahı yada salacaqsan.

(A9 TV; 30 sentyabr 2015)

PYD-ni dəstəklədiyin təqdirdə Öcalanı, Öcalanın qurduğu bütün kommunist təşkilatları PJAK-ı, YPG-ni və PKK-nı, bütün bunların hamısını dəstəkləmiş olarsan. Bunlar onsuz da bir bütün. Yəni PKK-nın ətrafında ən azı 20 təşkilat toplanmışdır, bunların hamısı PKK-lıdır. Sən bunlardan birinə dəstək versən PKK-ya dəstək vermiş olarsan. Birini qanuniləşdirdiyin vaxt, hamısını qanuniləşdirmiş olarsan.

(A9 TV; 30 sentyabr 2015)

Avropaya görə İŞİD-in yeganə qüsuru müsəlman olmasıdır, tək məsələ budur. Yəni terrorist olmasından qaynaqlanmır, müsəlman olmalarından qaynaqlanır. Çünki, kommunist PKK onları maraqlandırmır, on minlərlə insanı şəhid etməsi maraqlandırmır, orada dövlət qurmağa çalışmaları isə qəti maraqlandırmır.

(A9 TV; 30 sentyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)