Avropa İttifaqı istədiyi qədər üstün görməyə çalışsın, muxtariyyət Türkiyə üçün təhlükədirmi? Təhlükədir. O zaman qəbul etməzsən. Vətənin ali mənfəətləri, millətin ali mənfəətləri əsasdır. Avropa İttifaqının istəkləri bizi maraqlandırmaz. Muxtariyyətin Türkiyəni parçalayacağı açıq həqiqətdir.
(A9 TV; 30 sentyabr 2015)
Nəciblik əhəmiyyətli məsələdir. İnsanların bəsitləşdiyi bir mühit və ya bəsit bir insan, insanları narahat edər. Alçaq insan çox zəhlətökəndir. Nəcib insan çox qaneedicidir, nəcib insandan zərər gəlməz. Hətta xalq arasında: “Nəcib yolunu azmaz, bal iy verməz” deyərlər, bu məşhur ata sözüdür. Lakin alçaq insandan hər şey gözlənilər, bəsit insandan hər şey gözlənilər. Yaltaqlıq edər, öz mənfəətini güdər, eqoistlik edər. Lakin nəcib insan buna tənəzzül etməz.
(A9 TV; 30 sentyabr 2015)
Dünyada həqiqi mənada iman etməyən insan heç yoxdur; Quranın ifadəsinə görə də belədir. Mütləq qəlbən iman edər, lakin vicdansızlıq edərək imanını gizlədər, yəni vicdanına təzyiq göstərərək əksini söyləyər.
(A9 TV; 30 sentyabr 2015)
Hal-hazırda Əfqanistanın 75%-i Talibanın nəzarəti altındadır. ABŞ, Rusiya var gücüylə bombaladılar. Milyonlarla insanı şəhid etdilər. Nə oldu? Yenə Taliban hakim oldu. Mübarizə 15 il davam etdi, 44 ölkə də iştirak etdi. NATO da daxil oldu, amma Talibanı dayandıra bilmədilər. Suriyada da İŞİD-i dayandıra bilməzlər, zənn etdikləri kimi olmaz.
(A9 TV; 28 sentyabr 2015)
Bütün dünyanı ağlasığmaz bir vəhşilik, dəhşət bürüdü. İmam Mehdi (ə.s)-ın zühuru vacib oldu. Allah, İsa Məsihi zahir etsin. İmam Mehdisini zahir etsin. Vaxt get-gedə yaxınlaşır. 2015-ci ildə zühur etməyəcək. 2016-cı ildə də zühur etməyəcək. 2017, 2019-2021-ci illər, bunlar həssas tarixlərdir.
(A9 TV; 28 sentyabr 2015)
Dünya sevgini unutsa, o zaman yerini bəla doldurar. Unutmasınlar. Suriyada 400 min insan öldü, Amerika Birləşmiş Ştatlarının İraqı işğal etməsi nəticəsində bir milyon yarım insan, eləcə də, Əfqanistanda milyonlarla insan öldü. Yəni bu üsuldurmu? Həmçinin geridə milyonlarla kinlənmiş insan qoydular. Onlar da İŞİD-ə qoşulur və ya Talibana. Belə üsul olmaz. Sevgiylə, elmlə, irfanla olar.
(A9 TV; 28 sentyabr 2015)
Məktəblərdə milli şüur dərsi keçirilsin. Qısa müddətdə bütün gənclər siyasi cəhətdən maarifləndirilsin. PKK-nın təbliğatına qarşı bu cür susmaqla olmaz.
(A9 TV; 28 sentyabr 2015)
İnsanlar olduqca rahatdırlar; gənc qızların, cavan oğlanların bir çoxu evlənmək hayındadır, təhsilini başa vurmaq hayındadır. Bilyard yarışına gedir. Bəziləri futbol komandasının liqada çempion olmasına can atır. Bunlar Türkiyədə cəhənnəm mühiti yaşandığından xəbərsizdirlər. Milli şüur kifayət dərəcədə güclü deyil. Gənclərin maarifləndirilməsi lazımdır.
(A9 TV; 28 sentyabr 2015)
ABŞ boşuna YPG-lilərə güvənir. Bax deyirəm, bir gecə içində hamısını qətl edəcəklər. Başdan-başa, bütün sərhəd bölgəsində nə qədər YPG-li varsa hamısını qətl edəcəklər. Çox böyük ağılsızlıq edirlər. Onların qurtuluş yolu, gəlib Türkiyəyə təslim olmaqdır. Bundan başqa qurtuluş yolları yoxdur. İŞİD-in öhdəsindən gələ bilməzlər. İŞİD getdikcə güclənən bir sistemdir.
(A9 TV; 28 sentyabr 2015)
Mao bir milyon ziyalını asdı, tənqid edən hər kəsi asdı. Bəzi gənclər, Cənub-Şərqi Anadolu bölgəsində Stalinist qırmızı Kürdüstan tərzində bir dövlət qurulsa, yenə belə internetdən ora-bura yazı yaza biləcəklərini zənn edirlər. Birincisi əlində kompyuterin olmaz, ikincisi sənə kompyuteri hissə-hissə yedirdər bu rejim. Sən bu qədər rahat ola bilməzsən. Gündüz fabrikə gedər, axşam təhsil alar, fit ilə yatar fit ilə oyanarsan.
(A9 TV; 28 sentyabr 2015)





