Osmanlı imperiyasında darvinist materialist təhsil verilirdi. Darvinist təhsil nədir? Allahı inkar edirsən; “Allah yaratmadı, təsadüfən yarandın” deyirsən. Bu Osmanlı imperiyasında geniş və əhatəli şəkildə edilən böyük haram, böyük fəsad və fitnə idi. Eləcə də, Osmanlı imperiyasının dağılma səbəbi də bu idi.

(A9 TV; 2 oktyabr 2015)

Şəhid ailələri, ən şərəfli insanlardır; Allahın nemətə qərq etdiyi o mübarək övladlarıyla qürur duya bilərlər. Çünki Allah onları birbaşa cənnətinə almışdır. Cənnət əhli olublar və cənnət quzusudurlar. Cənnət quzusunun anası olur, cənnət quzusunun atası olur. Bu nə qədər böyük gözəllik, nə qədər şərəfli analıq və atalıqdır. Allahın, həmin ana-ataya səbirlərindən ötrü verdiyi savabsa olduqca çoxdur.

(A9 TV; 2 oktyabr 2015)

Bunu deyim ki, qadınlara azadlıq verilmədiyi müddətcə hər ölkə həlak olar. Bu mövzuda alınmış bir qərar var, bu Allah Qatındakı hökmüdür. Dünya baxımından da, bunun hökmü budur. Qadın əleyhdarı, qadına təzyiq və zülm göstərən hər sistem, hər hökumət, hər dövlət süqut edər, bunu bilməlidirlər.

(A9 TV; 2 oktyabr 2015)

PKK-nın Türkiyədəki məqsədinin nə olduğu, nə üçün yaradıldığı tam bilinmir. Halbuki, Armageddonda, yəni böyük müsəlman qətliamında, Avropa öz qatillərindən istifadə etmək istəmir, ABŞ da öz qatillərindən istifadə etmək istəmir. PKK-lı qatillərdən istifadə etmək istəyirlər, professional qatillərdən.

(A9 TV; 1 oktyabr 2015)

PKK necə ideoloji təhsil verirsə, türk əsgərinə, türk polisinə, türk gəncliyinə də ideoloji təhsil verilməlidir. “Milli birlik və həmrəylik necə olar? PKK təhlükəsi nədir? Kommunist təşkilatların xüsusiyyəti nədir? Kommunizm elmi cəhətdən özünə necə zəmin tapar? Fəlsəfəsi niyə səhv və yanlışdır? Darvinizm niyə əsassızdır?” Məktəblərdə bunlardan danışılmalıdır. Allah qorusun, əgər tərsi olsa Türkiyə adlı heç nə qalmaz.

(A9 TV; 1 oktyabr 2015)

Mövcud olub-olmamaq mübarizəsi var. Ya Türkiyə tamamilə yox olacaq, ya da ali olub, bütün İslam və türklük aləminə hakim olub, gözəl bir yerdə, özünə o müqəddəs liderliyi Allahın bəxş etməsini gözləyəcək.

(A9 TV; 1 oktyabr 2015)

Ən mühüm məsələ milli şüurdur. Türkiyə yox olduqdan sonra kimsə mühəndis olsa nə faydası olar? Bunun üçün də, tezliklə məktəblərdə milli şüur dərsi keçirilməlidir.

(A9 TV; 1 oktyabr 2015)

Məktəblərin tədris proqramına milli şüur dərsi əlavə edilməlidir. Həftədə üç saat təcrübəli müəllimlər tərəfindən, kommunist təhlükə, Türkiyənin bölünmə təhlükəsi, darvinizm təhlükəsi, materializm təhlükəsi, bütün bunların hamısını izah edən, həmçinin necə müqavimət aparılmalı olduğunu, necə cavab verilməli olduğunu izah edən dərslər də keçirilməlidir.

(A9 TV; 1 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)