Kürd qardaşım, bütün Türkiyə sənindir. Niyə özünü oraya həbs etməyə çalışırsan? Stalinist bir rejimlə səni əzmək istəyirlər, məhv etmək istəyirlər. Ağlını başına yığ. Azad, gözəl, aslan kimi yaşamaq olduğu halda, niyə özünü stalinist bir dövlətin alçaldıcı sistemi içində həbs etmək istəyirsən? O çətin əraziyə özünü sıxışdırırsan. Bunu bəzi kürdlər üçün deyirəm.
(A9 TV; 28 sentyabr 2015)
Öldürülmək üzrə olan bir insana, “səni xilas edim?” deyilməz. Bir yerdə cinayət işlənirsə birbaşa gedib xilas edərsən. Qapını sındırıb içəri girərsən. “İçəri girməyə, qapını sındırmağıma icazə verirsinizmi? Bu haqda referendum keçirək” desən, bu vaxt onu itirərsən.
(A9 TV; 28 sentyabr 2015)
Əvvəlcə bir tərəf sağlam fikirlə yaxınlaşmalıdır ki, qarşı tərəf də sağlam fikirlə yaxınlaşa bilsin. Sən dəli olmaq vəziyyətində olsan, yaxud kəskin aqressiv, qəzəbli olsan qarşındakı da sənin on mislin qədər daha aqressiv olar. Halbuki ağıllı yanaşmaq qarşı tərəfi də ağıllı yanaşmağa sövq edə bilər, ağlabatan məntiqə sövq edə bilər.
(A9 TV; 28 sentyabr 2015)
Vicdanla yanaşmadığın vaxt sürünərsən. Bir bax, gecə-gündüz heç xoşbəxt olduğun bir an var mı? Hər gün kədərlənirsən. Hər gün özünü pis hiss edirsən. Hər gün əzab çəkirsən. Hər gün narahatlıq yaşayırsan. Yəni müsəlmanlıqdan qaçınca rahat mı olursan? Allah səni hara qaçsan mənəvi cəhətdən qovalar. Allah səni hər yerdə əzər. Allahdan xilas ola bilməzsən.
(A9 TV; 26 sentyabr 2015)
Müsəlmanlardan qaçdığın təqdirdə Allah səni nemət dənizindən uzaqlaşdırar, gəldiyin vaxtsa, nemət dənizinə yaxınlaşmış olarsan. Məntiqi cəhətdən yanaşdıqda, əlbəttə ki, şeytan sənə düz olanı tərs göstərər, tərs olanı da düz göstərər. Məntiqlə yox, vicdanla yaxınlaşmalısan.
(A9 TV; 26 sentyabr 2015)
Sevgi göstərmək savabdır. Savab qazanarsan, Allah Qatında gözəllik yaranar. Çünki sən Allahın təcəllisini sevirsən, Allahı sevmiş olursan. Allah səni o zaman daha çox sevər. Qəlbini daha çox genişləndirər.
(A9 TV; 26 sentyabr 2015)
Müsəlmanlıqda yaş fərqi problemi yoxdur. Ağıl yaşı vardır. İnsan ağıllıdırsa, tamamdır.
(A9 TV; 26 sentyabr 2015)
Küfr əhlində ancaq öz yaşıdı ilə xoşbəxt yaşayacağı inancı var, məsələn, bu da bütpərəst inanc, büt inancıdır. Həmyaşıdı olmalıdır, onun şıltaqlığına və ədəbsizliyinə qatlanmalıdır, kobudluğu, qanacaqsızlığı və eqoistliyi qarşısında səs çıxarmamalıdır. Məgər insanlar axmaqdırmı, buna heç kəs yaxın durmaz. Belə olduqda da tək qalarlar.
(A9 TV; 26 sentyabr 2015)
Mən küfr edib də xoşbəxt olan bir insan görmədim. Bir vaxtlar: “Küfr edən xoşbəxt olur, lakin siz Allaha sarılın, cənnətdə xoşbəxt olacaqsınız, onlara etina etməyin” deyərdik. Lakin açıq-aşkar cəhənnəm həyatı yaşayırlar.
(A9 TV; 26 sentyabr 2015)
Sən müsəlman olmaqla rahatlıq tapacaqsan. Müsəlmanlıq sənə daxili rahatlıq verər, sənə yoldaşlar, dostlar bəxş edər, zənginlik, bərəkət, bolluq gətirər. Hamı ilə sülh içində yaşaya bilərsən. Küfr olduqca acıdır, iztirabdır, əzabdır. Küfr etdiyin təqdirdə sürünərsən.
(A9 TV; 26 sentyabr 2015)





