Allah mələkləri yaradır, lakin onlar sevməyə məcburdurlar. Allah insana: “Məni görməməyinizə baxmayaraq sevməlisiniz. Kafirlər olacaq, münafiqlər olacaq, dinsizlər olacaq. Əzab çəkəcək, əziyyət çəkəcəksiniz, Məni eşqlə sevməlisiniz” deyir. Allah: “O zaman Mən sizi daha çox sevərəm” deyir. Allah mələkləri sevir, lakin bunu insana olan sevgisiylə müqayisə etmək qeyri-mümkündür.

(A9 TV; 5 oktyabr 2015)

Allah: “Mənə olan eşqinizi görmək istəyirəm” deyir. Allah yalnız olmaq istəmir. Sevdikləri olsun istəyir, Onu sevənlər olsun istəyir. Allahın hər şeyi var. Gücü var, imkanı var, Özünü sevənlərin də olmasını istəyir.

(A9 TV; 5 oktyabr 2015)

Allah sənə üçölçülü görünüş verəcək, bunu beyninin içində seyr edəcəksən, bütün gözəl qoxuları qəbul etmək imkanı verəcək qoxulayacaqsan, dad almaq imkanı verəcək ləzzət alacaqsan, toxunma hissi verəcək toxunacaqsan, dənizdə üzəcəksən, qayıqda gəzəcəksən, dünyadan zövq alacaqsan, Yaradandan söz düşdükdə isə: “Mən bu barədə danışmaq istəmirəm” deyəcəksən. O zaman Allah bəlanı verir. Bura əyləncə yeri deyil.

(A9 TV; 5 oktyabr 2015)

Bura imtahan dünyasıdır. Mühüm məsələ İslamın dünyaya hakim olmasıdır. Qalan məsələlər əhəmiyyətli deyil. İslam dünyaya hakim olsa, hər kəs rahatlıq tapar, hər şey zəmanət altında olar. Hakim olmadıqda isə, dünya cəhənnəm olar.

(A9 TV; 5 oktyabr 2015)

Üçüncü körpü, dördüncü körpü; problem bunlar deyil. Sən körpü inşa edərsən, düşmənsə gəlib bütün körpülərini ələ keçirər. Hamısını sənin əlindən alar. Sən 40 il çalışarsan, o 40 gündə bütün malına-mülkünə əl qoyar. Əsl böyük təhlükə, parçalanmaqdır.

(A9 TV; 5 oktyabr 2015)

Quranla ziddiyyət təşkil etməyən hər hədis məqbuldur. Quranı təsdiq edən hər hədis keçərlidir. Məsələn, Peyğəmbər (s.ə.v) Axırzamanda baş verəcək bir hadisəni xəbər verdikdə və bu da reallaşdıqda, bunu bildirən hədis səhih və məqbuldur.

(A9 TV; 3 oktyabr 2015)

Hz. Mehdi (ə.s) gəldi. Hz İsa Məsih (ə.s) da gəldi, zahir olmurlar. Onların çıxış vaxtını, zahir olma vaxtını, Allah hazırlayır. Hadisələr, ağlasığmaz ölçülərə çatacaq. Biz hələ bir mərhələsindəyik. Yəni Suriyada, İraqda, bölgədə baş verən hadisələr ağlasığmaz dərəcədə kəskinləşəcək. Bunlardan qat-qat böyük hadisələr baş verəcək, daha böyük hadisələr yaşanacaq. Bundan sonra Allah Mehdisini zahir edəcək.

(A9 TV; 3 oktyabr 2015)

Hz. Mehdi (ə.s) sevgi, mərhəmət, şəfqət, ağıl, dostluq, gözəllik, incəsənət, estetika insanıdır. Avropa onsuz da qəbul edəcək, ABŞ onsuz da qəbul edəcək, bütün dünya masonluğu sevərək qəbul edəcək, bütün tampliyerlər, Qızılgül Xaç Təşkilatı və bütün dünya dərin dövlətləri qəbul edəcək. Buna görə də, hz. Mehdi (ə.s) dünyanın imamı olur.

(A9 TV; 3 oktyabr 2015)

PKK ilə mübarizə aparılması fərz-i ayndır. Küfr əhlinin yer üzündən tamamilə silinməsi möminlər üçün fərzdir. Dəccalla mübarizə aparılması fərz-i ayndır. Heç kəs: “Mənə dəxli yoxdur” deyə bilməz. Bu ayrı-ayrılıqda hamı üçün fərzdir. Əlbəttə ki, bizim yolumuz, elm və irfan yoludur.

(A9 TV; 3 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)