Möminlər qardaş/bacıdırlar. Allah: “Möminlər bir-birlərinin vəliləridir” deyir. Elə bir sistem meydana gətirək ki, bütün möminlər bir-birini sevsin. Onların hamısı qardaş/bacıdır. Bax: “Bir-birlərinin vəliləridir”, yəni himayədarlarıdır deyir. Bir-birlərinə baxarlar, kömək edərlər, xəstələndiklərində bir-birləriylə maraqlanarlar, hər şeyləriylə maraqlanarlar. Yəni öz uşağıyla maraqlanırmış kimi.

(A9 TV; 11 oktyabr 2015)

Kim olursa olsun cənazəyə hörmət göstərmək lazımdır. Cənazə alçaldılmaz, artıq həmin insan ölmüşdür, ruhu getmiş, əti sümüyü qalmışdır, o da çürüyəcək. Kim olursa olsun belə etmək olmaz.

(A9 TV; 11 oktyabr 2015)

Allah sevgisi insanlara rahatlıq verər. Gecə-gündüz Allah sevgisindən danışılan ölkə bərəkət və bolluqla dolar, həyatları cənnət olar. Başqa cür etdikdə çox sıxılarlar.

(A9 TV; 11 oktyabr 2015)

Qadın əleyhinə olmaq çox çirkindir, bunu unutmalısan. Onlar dünyaya rəng qatan ən gözəl varlıqlardır. Qadınlar olmasaydı, dünya qəribə şəkildə qaralardı, qapqara olardı. Onlar dünyanın günəşi, işığıdırlar.

(A9 TV; 11 oktyabr 2015)

Bu PKK-nın klassik metodudur; öz tərəfdarlarını bombalayar və hiddət oyandırar, beləliklə də, insanları öz tərəfinə çəkməyə çalışar. Dəhşət mühiti, zorakılıq mühiti nümayiş etdirər və belə deyərlər; “Budur gördüyünüz kimi, faşistlər sizi bombalayır, əzib keçirlər. O zaman tək çıxış yolu müharibədir. Siz də dağa çıxın, silahlanın”. PKK bu imici verməyə çalışır.

(A9 TV; 11 oktyabr 2015)

Möminin əhval-ruhiyyəsi həmişə yüksək olar. Kədərlənmək nə deməkdir? Bu haşa, “Allahın etdiyini bəyənmirəm” deməkdir. Allah bir şey yaradanda biz onu xeyir kimi görərik. Şəhid verdikdə bunda xeyir görərik, kədərlənmərik, yas tutmarıq. Yas tutmaq bütpərəst adətidir.

(A9 TV; 11 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)