Heç birimiz dünyada daimi qalmayacağıq. Əhəmiyyətli olan axirətə şərəflə getməkdir. Şəhidlərin ruhu necə gözəldir, bu cür şərəflə gedirlər.

(A9 TV; 17 oktyabr 2015)

Möminlər qardaş/bacıdırlar. Hər yerdə bir-birlərini sevib hörmət qoymalıdırlar, qoruyub himayə etməlidirlər. Yaxşı gündə, pis gündə bir-birlərinə hüsnü zənlə baxmalıdırlar, xeyir gözüylə baxmalıdırlar, sevgi ilə baxmalıdırlar. Tərəf tutma siyasəti gözü ilə baxmamalıdırlar. Hansı partiyadan, hansı düşüncəyə sahib olmağından asılı olmayaraq, mömündür, ya yox, biz mütləq buna baxmalıyıq. Kişi və qadın möminlər bir-birlərinin bacı-qardaşı və himayədarıdırlar.

(A9 TV; 17 oktyabr 2015)

Polis, əsgər və keşikçi maaşı; bizim maaşlarımızı azaltsınlar, onların maaşını artırsınlar. Çünki onlar vətən üçün canlarını ortaya qoyurlar. Biz şəhərlərdə otururuq, lakin onlar vətən üçün, millət üçün qızğın qarşıdurmalara girirlər. Maaşlarının yüksəlməsi, polis, əsgər və keşikçilərimizin haqqıdır.

(A9 TV; 17 oktyabr 2015)

Zorla niyə çətinlik istəyirsən? İslamda musiqi var, şəkil də var. Əylənərsən, gülərsən, oynayarsan, namazını da qılarsan, gəzərsən, üzərsən. Həyatı öldürərək müsəlmanlıq olarmı? Bütün halalları haram edirsən. Allah sənə onları nemət kimi vermişdir, sən Allahın o nemətlərini yox edərək, Allahın dininə qarşı mübarizə aparmış olursan.

(A9 TV; 17 oktyabr 2015)

İslamda cəmiyyət bayram ab-havasındadır, görünməmiş coşğu var. Hər kəs istənilən adamın evinə gecələməyə gedir, yeməyə gedir, o buna gedir, bu ona gedir. Məsələn, biri ev tikəcək, hamı birdən gəlir, evi birlikdə tikirlər. Orada yemək hazırlanır, hamısı birlikdə yeyir yeməkləri. Tam qardaşcasına yaşayırlar.

(A9 TV; 16 oktyabr 2015)

Əlbəttə ki, Peyğəmbər (s.ə.v)-in yanında olmaq çox əhəmiyyətlidir. Səhabələrin rahatlığına söz ola bilməz. İnsanlar İslam cəmiyyətini yaxşı tanımır. Müsəlmanların hamısı bir ailə kimi olur. Məsələn, insanın otuz otaqlı köşkü varsa, müsəlmanları doldurur içinə. Hamısına yemək çatır. Malını paylayır. Birlikdə ticarət edir, hamısını şərik edir. Görünməmiş bir sistemdir.

(A9 TV; 16 oktyabr 2015)

Qadınlara əxlaq öyrətməyi buraxsınlar. Kişiləri öyrətsinlər. Qadınlar nə edəcəklərini bilirlər. Belə geyinməlisən, belə gülməlisən, belə oturmalısan, belə baxmalısan deyirlər, bunlara son qoyulmalıdır.

(A9 TV; 16 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)