Cənnətə mütləq dünyadakı təhsili alıb getmək əhəmiyyətlidir. Bu təhsil olmadan məkanın gözəlliyi insan üçün heç nə ifadə etməz. Ruh olmaz, dərinlik olmaz. İnsanların bir-birilərini sevə bilmələri və sevgini yaşaya bilmələri üçün mütləq dünyadakı imtahan, təhsil lazımdır.

(A9 TV; 12 yanvar 2018)

Namaz vaxtı gələn vəsvəsənin hökmü sıfırdır. Qardaşlarımız heç vaxt bu vəsvəsəyə fikir verməsinlər, namaza zərəri olmaz. Namazlarını qılıb çıxsınlar. Namazı çətinləşdirmək şeytanın işidir. Heç vaxt üzərində dayanmadan keçsinlər.

(A9 TV; 12 yanvar 2018)

Səmimi olmaq asan olandır. Çətin olan səmimi olmamaqdır. Qorxunu, ağrı-acını, əzabı, gərginliyi, stressi, sevgisizliyi səmimi olmadığın zaman yaşayarsan. Səmimi olduqları zaman itirəcəklərini zənn edirlər. Halbuki səmimi olmadıqları üçün sanki sürünürlər. İnsan səmimi olduğu zaman həm orqanizmi, həm də ruhu rahatlayar, axirəti xilas olar.

(A9 TV; 12 yanvar 2018)

Darvinizm bərabərdir kommunizm. Darvinizmin pəncəsinə düşən birinin kommunizmə qapılmaması möcüzədir. Bu təhlükəyə baxmayaraq, darvinizm dövlət əli ilə öyrədilir. Bu çox dəhşətli vəziyyətdir. Darvinist təhsil alan biri, küçədəki pişikdən, itdən, bakteriyadan fərqi olmadığını düşünür. Bakteriya öldükdə nə olursa, özünün öldükdən sonrada belə olacağına inanır. Dünyaya baxışı tamamilə bu yanlış məntiq üzərində qurulmuş olur. İnsan kainatdakı möhtəşəm sistemi darvinist fəlsəfənin dayaq nöqtəsi olan dialektik fəlsəfə ilə açıqlamağa başlayır. Zamanla da Allahı, dini, axirəti tamamilə rədd etmiş olur. Dövlətin darvinist təhsili dərhal dayandırması lazımdır.

(A9 TV; 12 yanvar 2018)

Türkiyənin Suriya siyasətinin Suriya dövlətinin və torpaqlarının bütövlüyünün qorunmasından yana olması lazımdır. Suriyadakı dövlətin tanınmasına və bu dövlətlə birlikdə, Rusiya, İran, Türkiyə ittifaq edərək birgə hərəkət etməyə ehtiyac var, yoxsa PKK leqal hala gələr. Suriya hökuməti toplanmalı, dövlətin başçısı, yəni Əsəd Məclisi toplamalı; “gəlin mənə kömək edin” deməlidir. Rusiya, İran və Türkiyə birgə yardım etməlidirlər. O zaman PKK-nın Suriyanı parçalamaq planı tamamilə aradan qalxar. Suriya dövlətinin tələbi də bu baş verdiyi üçün BMT, ABŞ və s. heç kim etiraz edə bilməz. Əgər Türkiyə, Suriya dövləti belə ittifaq etməsə bölgədə (Allah qorusun) kommunist PKK dövlətinin yaradılmasına istəmədən kömək etmiş olar. Bu ehtimalın tamamilə aradan qalxması üçün Suriyanın ərazi bütövlüyünün qorunması, bu qorunmanın təmin olunması üçün də Suriya dövləti ilə əlaqə yaradılması əsas şərtdir. Bu məsələdə Rusiya, Türkiyəyə vasitəçi ola bilər. İran, Türkiyə, Rusiya və Suriya rəhbərlikləri bir yerə toplanar, birgə qərar alar. Suriya dövləti bu məsələdə əməkdaşlıq etmək vicdani cəhətdən də, siyasi cəhətdən də doğru qərardır. Hökumətimiz bu məsələdə cəsur olsun, çəkinməsin. Suriyanın cinayət işlədiyi doğrudur, zülm olduğu doğrudur, lakin bu görüşün keçirilməsi üçün maneə deyil. ABŞ, Rusiya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İraq və s. hər bir ölkənin törətdiyi cinayətlər var. Bu məntiqlə yanaşsa Türkiyə heç kimlə dialoq qura bilməz. Ağıllı davranıb (PKK-nın bölgədən tamamilə silinməsi üçün) Suriya, Rusiya, İran və Türkiyənin əməkdaşlıq etməsini dəstəkləmək lazımdır.

(A9 TV; 12 yanvar 2018)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)