“Müharibə olmasını istəmirəm” deyir, PKK-nı dəstəkləyirsən. Sən necə müharibə olmasını istəmirsən? PKK əlindəki silahlarla nə edir? İnsanları şəhid edir. Sən müharibəyə qarşı deyilsən, yalan danışırsan. Sən silahlı dəstələri dəstəkləyirsənsə, sülh tərəfdarı ola bilməzsən.

(A9 TV; 19 oktyabr 2015)

İnsan sevgiyə dair tək bir cümlə yazdıqda, o onu əsir edər. Yəni yazdığı cümlənin əsiri olar, lakin nifrət yazısı yazdıqca da bu nifrət yazılarının əsiri olur. Həmin hərflər onu hipnoz edir, o küfr dolu sözlər onu hipnoza salır. Halbuki özünə sevgi hipnozu etsə, onun təsiri altında qalacaq. Yazdıqca sevgi onu bürüyəcək.

(A9 TV; 19 oktyabr 2015)

Sevgi moda halına gətirilməlidir. Yazıçılar buna liderlik etsin ki, sevgini gündəm mövzusuna çevirək. Bu sevgisizlik insanları həlak edər, bu çox qorxunc şeydir. Sevgi sözünü söyləsə, sevgidən danışsa insanlar onun təsiri altında qalarlar.

(A9 TV; 19 oktyabr 2015)

Möminə dəli deyilməsi, onun imanının kamil olduğunu göstərir. Peyğəmbərimiz (s.ə.v): “Bir möminə dəli deyilmədikcə, imanı kamil olmaz” deyir. Hətta səhabələr barədə, onların İslama, Qurana sədaqətlərindən, şövqlərindən ötrü; “siz səhabələri görsəydiniz, onlara dəli deyərdiniz” deyilir. Malını mülkünü paylayır, hər şeyini paylayır.

(A9 TV; 18 oktyabr 2015)

İsrail səhv edir deyə, sənin də səhv etməyin lazım deyil. Sən ona dostcasına, sevgiylə yaxınlaşsan onun da sənin dostun olduğunu görərsən. Sən sevgiylə yaxınlaş, dostcasına yaxınlaş. Amma bıçaqla yaxınlaşsan, o da sənə tankla yaxınlaşar, tankla yaxınlaşsan bombayla yaxınlaşar. Bunun sonu gəlməz. Amma sevgiylə yaxınlaşsan onun da sənin dostun olduğunu, sevdiyini görərsən. Bu, Quranın bir sirridir.

(A9 TV; 18 oktyabr 2015)

Uzun ömür İslama xidmət etmək üçün istənilər. İslama xidmət etməyən insan üçün bəlaya çevrilə bilər. İnsanın ömrü uzanar, cəhənnəmin daha da dibinə gedər. Xeyirli uzun ömür əhəmiyyətlidir. Savabı itirdikdən sonra, Allaha xidməti itirdikdən sonra uzun ömrün faydası yoxdur. Uzun ömür İslama fayda vermək üçün əhəmiyyətlidir.

(A9 TV; 18 oktyabr 2015)

Uzun ömür İslama xidmət etmək üçün istənilər. İslama xidmət etməyən insan üçün bəlaya çevrilə bilər. İnsanın ömrü uzanar, cəhənnəmin daha da dibinə gedər. Xeyirli uzun ömür əhəmiyyətlidir. Savabı itirdikdən sonra, Allaha xidməti itirdikdən sonra uzun ömrün faydası yoxdur. Uzun ömür İslama fayda vermək üçün əhəmiyyətlidir.

(A9 TV; 18 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)