İsraildə ateizm zəifləməyə başladı. Əvvəllər çox güclü idi. Biz orada “Yaradılış Atlası”nı yaydıqdan sonra, İbrani dilindəki kitablarımızı payladıqdan sonra İsraildə dinə qayıtma prosesi çox sürətləndi. Avropada və ABŞ-da dinə qayıtma prosesi çox sürətləndi; vəsilə olduq.

(A9 TV; 19 oktyabr 2015)

Biz bütün dünya üçün İslamın işıqlı üzüyük. Müsəlmanlığı qorxunc, içinə qapalı, sevgisiz, qadınlara məsafə qoyan, həyatı dəhşətə çevirmiş bir sistem kimi tanıyanlar bizim yaşadığımız İslamı gördükcə səhabə İslamına olan heyranlıqları artır və İslamın bir qurtuluş olduğunu da görürlər. Əks halda əzab çəkirdilər.

(A9 TV; 19 oktyabr 2015)

Din sevgidir, rahatlıqdır, gözəllikdir, sevincdir. Allahın nemətlərindən halal yolla ən gözəl şəkildə istifadə edərsən. Sağa dönsən cinayət, sola dönsən cinayət, göyə baxsan cinayət, yerə baxsan cinayət; bu cür din anlayışı olmaz. Bu insanları məhv edər, ruh xəstəsi olarlar, ağılları yox olar. Dini çətinləşdirmək zalımlıqdır. Bilmədən bu zülmü edirlər.

(A9 TV; 19 oktyabr 2015)

Dini çətinləşdirdikcə Allaha daha yaxın olacağını düşünür. Halbuki insanları Allahın dinindən uzaqlaşdırdığı üçün cəhənnəmdə hesabını verə bilməyəcəyin bir mövqeyə düşərsən. Dini insanlara Allahın bildirdiyi asan halı ilə göstərməlisən, izah etməlisən.

(A9 TV; 19 oktyabr 2015)

Allah: “Sənə biri pislik etdikdə sən ona gözəl cavab versən aranızın yaxşı olacağını, dost olacağınızı görərsən” deyir. Yəni Allah: “Mən aranızı düzəldəcəyəm” deyir. “Sizin aranızdakı ədavəti yox edərəm” deyir.

(A9 TV; 19 oktyabr 2015)

Sevgi dünyanın ən gözəl tərəfidir. Həyatın ən gözəl tərəfidir. Çünki sevgi imanla əlaqəlidir. Allahı sevən, təcəlli olaraq insanları da sevər.

(A9 TV; 19 oktyabr 2015)

Aciz və pessimist üslub olmaz. Bir qayda olaraq bundan uzaqlaşmaq lazımdır. Həll yolunu söyləyin. Utanacaq bir şey yoxdur. Xoşunuza gəlməyəcək bir şey də deyil. Sevgi gözəl bir sözdür.

(A9 TV; 19 oktyabr 2015)

Mənfi olan hər şeyi söyləyir, dərmanını söyləmir. Dərmanı tək sözlə söyləməlidir; sevgi. Hər kəs ağzını sevgi sözünə alışdırsın. Dünyadakı bu xəstəliyin, bu fəlakətin həlli sevgidir.

(A9 TV; 19 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)