Allah hər şeyi planlı və gözəl yaradır. Lakin hikmət həmişə axtarılmalı, baxılmalıdır. İnsan hikməti görməsə sıxılar dünyada. Qəlbi daralar. Hikmət gözüylə baxsa qəlbi rahatlayar.

(A9 TV; 22 oktyabr 2015)

Qadın dediyin çiçək kimidir. Yeriyən çiçəklərdir qadınlar, gözəl qoxulu çiçəklər. Çiçəyə necə hörmət göstərirsənsə, necə qoruyursansa, qadınları da o cür qorumalısan. Allah Quranda hz. Məryəmi “gözəl bir bitki kimi” yetişdirdiyini söyləyir.

(A9 TV; 21 oktyabr 2015)

Sevgi insanın ruhunda var. Kin, nifrət, davakarlıq çox qorxunc şeylərdir, bunlar insanı öldürər, məhv edər. Allah qorusun, insan bunlara görə hər cür xəstəliyə tutular. Ürək dözə bilməz, qəribə şəkildə sıxılar. Sevgisizlik bədənə zəhərdir. Bədən sevgiylə rahatlayar.

(A9 TV; 20 oktyabr 2015)

Bəziləri televiziya proqramına çıxır, baxırsan ki, qəddar mühit var, hər kəs bir-birini əzir. Bir cümlə ilə; “bir-birimizə sevgiylə yaxınlaşsaq bu məsələ həll olar” desə nə olar ki? Bunu deyə bilmir. Halbuki sevgi sözünü işlətməyə alışsalar onun təsir dairəsi getdikcə genişlənəcək. Hər fürsətdə bir bəhanə gətirərək sevgidən bəhs etməlidirlər.

(A9 TV; 20 oktyabr 2015)

Heç bir yerdə sevgi sözü işlədilmir. Söylə, bir dəfə söylə bax gör necə özünə gələcəksən. Bismillah de, bir sevgi de, ardı gələcək, alışdır ağzını. Gəncləri təşviq edək, hər kəsi təşviq edək. Bir kampaniya başladaq. Sevgi sözünü həm yazmağa, həm də danışmağa alışsınlar.

(A9 TV; 20 oktyabr 2015)

Din yanlış izah edilir. Çox qorxunc və içindən çıxılmaz bir sistem kimi izah edilir. Allaha şükür, biz İslamın işıqlı üzü olaraq şeytanın oyununu pozduq. Yoxsa İslamafobiya bütün müsəlmanları məhv edəcək bir sistemdir.

(A9 TV; 20 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)