İnsanlar: “Bəlalar niyə gəlir?” deyə soruşur. Sən şükür etsən, bəla gəlməz. Şükür etməsən bəlaya layiq olarsan. Əlbəttə ki, müsəlman imtahan olunar, lakin bəla gəlməz.

(A9 TV; 24 oktyabr 2015)

Allah yalnız sevgi istəyir. Sən bunu Allaha çox görürsənsə əgər, Allah da sənə həyatın, ölümün, hamısının əzabını qat-qat daddırar.

(A9 TV; 24 oktyabr 2015)

 

Sevgi yoxdursa, bağlılıq yoxdursa, dərinlik yoxdursa, həqiqi sevgi yoxdursa, onda sən nə istəyirsən, bunlar olmadıqda nəyin mənası qalır? Heyvan kimi insanlar var deyirik, bax, onları heç xoşlamırıq, onlar bizi narahat edir, onlara məxluq deyirik. Lakin fədakar, cəsur, səbirli, qətiyyətli olub igidlik etsələr, onlara heyran olarıq.

(A9 TV; 24 oktyabr 2015)

Allah həmişə sevgi istəyər. Yoxsa nə gözəlliyin, nə də başqa bir şeyin mənası olmaz. Cənnət köşklərini, onları robot kimi varlıqların doldurduğunu təsəvvür edin, cənnət hovuzlarında üzürlər. Allah uzaq eləsin, bu təsvir acınacaqlı olar. Allah o nemətini, Allahın ruhunu daşıyaraq əziyyət və çətinlik çəkmiş insanlara versə, bu vaxt heyrətamiz gözəllik olar. Yəni cənnətin mənası olar. Allah lazımı qədər təqdir edilmiş olar.

(A9 TV; 24 oktyabr 2015)

Robotların yaşadığı cənnət, Allahın bəyəndiyi mühit olmur, Allah robot istəmir. Vəfasını görməmiş, səbrini görməmiş, cəsarətini görməmiş bir insanın, insan olaraq özünə o mənada hörmət qoymaz. Yəni özünü dəyərli görə bilməz, gözəl görə bilməz. Allah üçün fədakarlıq etməmiş, comərdlik etməmiş, cihad etməmiş, yəni sevgisini göstərəcək heç nə etməmiş.

(A9 TV; 24 oktyabr 2015)

Şeytan “sevgi” sözünü insanlara söylətmir. Hamı israrla, inadla “sevgi” sözünü söyləsin, yazsın. Sevgi dünyanın kilididir, həyatın kilididir. Sevgi açıldıqda, bütün dünya açılar.

(A9 TV; 23 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)