Allah rizasının ən çoxunu qazanmağa çalışmaq, münafiqin heç xoşlamadığı şeydir. Münafiq təkcə xoşladığı, mənfəətinə uyğun gələnləri qəbul edər. Mənfəətinə zidd düşəni qəbul etməz. Ona görə Quranın yalnız lehinə olan hissələri keçərlidir, nəfsinə uyğun olan hissələri. Nəfsinə uyğun olmayan yerləri qəbul etməz.
(A9 TV; 25 oktyabr 2015)
Bir insan münafiqlik xəstəliyinə tutulduqda özünü sevər, digər müsəlmanları sevə bilməz. Özünü bəyəndiyindən ötrü dəyişir. Etdiyi bütün əxlaqsızlıqlara don geyindirər. Hər mərifətsizliyinə izah gətirər. Münafiqin ən təhlükəli tərəfi isə, Quranla özünü müdafiə etməsidir. Yəni Quranı istədiyi kimi şərh edər.
(A9 TV; 25 oktyabr 2015)
Həm iman etdim deyir, həm də müsəlmanları sevmir, bu anormallıqdır. Bir insanın sadəcə özünü sevməsi vəhşi hərəkətdir. Müsəlmanlarda sevilməli tərəf tapmamağı da anormaldır.
(A9 TV; 25 oktyabr 2015)
Sağın ən böyük bəlası səmimi insanının az olmasıdır. Solun səmimi insanı daha çoxdur. İnsanların ruhunda olan sola meyletmə səbəbi, səmimiyyətə olan meylidir. Səmimi olmalıdırlar. Məsələn, sağda sevgi dolu insan çətin tapılır. Səmimi insan çətin tapılır. Amma solda tapılar.
(A9 TV; 25 oktyabr 2015)
İnad nədir? Əxlaqsızlıqdır, zalımlıqdır. Vicdanın qənaət gətirir, niyə inad edirsən? Kimə yaltaqlanmağa çalışırsan, kimə modabazlıq edirsən? Səni yaradanı sev. Allah: “Səni sevəcəyəm, lakin Mənə olan sevgini güclü şəkildə göstər, verdiyim nemətləri də təqdir et” deyir.
(A9 TV; 24 oktyabr 2015)
Allah 24 saat ərzində dayanmadan nemət verir, bəzi insanlarsa bu 24 saatın yarım saatını belə Allah üçün ayırmaq istəmir. Belə olduqda bəlaya layiq olur.
(A9 TV; 24 oktyabr 2015)
Allah: “Məni unutsanız, Mən də sizi unudaram” deyir. Unutsa müsibət gələr. Bu insanın ruhunda da var. Yaxşılıq edirsən pislik edir, nemət verirsən pislik edir. Sevgi göstərirsən, əxlaqsızcasına qarşılıq verir. Könlünü almağa çalışırsan, alçaqlıq edir. Bir dəfə səbir edərsən, iki dəfə səbir edərsən, üç dəfə səbir edərsən, sonra isə, onunla əlaqəni kəsərsən.
(A9 TV; 24 oktyabr 2015)
Allah: “Siz Məni unutsanız, Mən də sizi unudaram” deyir. İnsan ruhunda da vardır bu; yönəltdiyi sevginin ən gözəl qarşılığını almaq istəmək. Allah da bunu istəyir.
(A9 TV; 24 oktyabr 2015)
Allah neməti bol verir, lakin nemətə şükür edilməməsi çox qəzəbləndirici hərəkətdir. Tutaq ki, sən bir saraya dəvət edildin, mükəmməl yeməklər verildi, şirniyyatlar və s. yeməyini yeyib, ayaqqabınla qapıya vurub, bağırıb qışqıraraq çıxıb getdin. Nə təşəkkür etdin, nə də heyran qaldın. Bax, belə etdinsə, bəla gələr.
(A9 TV; 24 oktyabr 2015)
Bəlanı uzaqlaşdıran Allaha olan sevgidir, Allaha olan yaxınlıqdır. Quranın bildirdiyi halal və haramlara diqqət yetirib, dəqiq olaraq İslamı yaşamaqdır. Bu, bəlanı dəf edər.
(A9 TV; 24 oktyabr 2015)





