Baş ağrıyan zaman dərmanın ağrını yox edəcəyini zənn etmək şirk olar. Ağrını yaradan, dərmanı yaradan, ağrı kəsəcək olan Allahdır. İnsanların ən çox düşdüyü şirk budur. Hər şeyi Allah etdiyini unudurlar.
(A9 TV; 14 yanvar 2018)
Zamandan yaxşı istifadə etmək əhəmiyyətlidir. Müsəlmanın zaman mühəndisi olması lazımdır. Maddənin mühəndisliyi var, lakin zamanın mühəndisliyi yoxdur, belə olmaz. Məktəblərdə zaman mühəndisliyi təhsili də verilməlidir.
(A9 TV; 14 yanvar 2018)
Münafiq zahirən murdardır, lakin batini cəhətdən hər zaman müsəlmanların və İslamın xidmətindədir. Münafiq həmlələri müsəlmanların şövqünü artırar, daha gözəl, daha güclü, daha bərəkətli olma əzmlərini yüksəldər və ən çox müsəlmanların birlik olmalarını möhkəmləndirər.
(A9 TV; 14 yanvar 2018)
İncəsənət Allahın gözəlliyini, ehtişamını görmə qabiliyyətidir və insanın ruhunu gözəlləşdirən nemətdir.
(A9 TV; 14 yanvar 2018)
Ən gözəl olan Allaha sığınmaqdır. “Ey Rəbb məni qoru, mənə fərəhlik ver, məni gözəl insanlarla yaxşı insanlarla qarşılaşdır, məni cənnətinə al, ey Rəbb Özünü mənə heç unutdurma, ey Rəbb məni şirkdən qoru” deyə Allaha sığınmaq lazımdır.
(A9 TV; 14 yanvar 2018)
Səmimiyyətin möhkəm və qətiyyətli olması lazımdır. Düşünərkən dürüst olmaq əhəmiyyətlidir. Səmimi insan həmişə Allahın lehinə düşünər. Allah bəzən insanın qarşısına xüsusi olaraq, Allaha tənqidi gözlə baxan insanlar çıxardar. Bu xüsusi sınaqdır. Onu görəndə; “Bəlkə mən də tənqidi gözlə baxım” deyib səhv edirlər. İnsanın sağlam və dürüst düşünə bilməsi üçün, dünyaya dair məlumatını tez-tez nəzərdən keçirməsi lazımdır. Gözsüz görən var. Məhz bu mövzunu düşünmək Allahın mövcudluğunu anlamaq üçün kifayətdir. İnsanın gördüyünü idrak etməsi möhtəşəm şeydir. Birinin səsi eşitməsi, birinin toxunmanı hiss etməsi, birinin qoxunu alması, birinin yeməyin dadını alması Allahın mövcudluğundan başqa yolla açıqlana biləcək məsələ deyil. 5 duyğu özlüyündə Allahın mövcudluğunun dəlilidir. Lakin Allah imtahan üçün şübhələr də yaradar. Məsələn, uşaq ölümləri olar və ya öz başına gələn xəstəliklər, problemlər olar. Allah həm mövcudluğunun dəlillərini çox güclü yaradar, həm də şübhəyə düşməyin dəlillərini verər. Diqqətli baxan şübhəyə düşəcək şeylərin xüsusi yaradıldığını anlayar. Səmimiyyətdən uzaqlaşmamaq üçün, Allahın mövcudluğunun dəlillərini israrla unutmamaq, çox təkrar etmək lazımdır. Allah; “Məni çox zikr edin” deyir, çoxlu zikr etməkdə bu sirr gizlənir. Çoxlu zikr bir sözü həmişə təkrar etmək deyil. Allahın mövcudluğunu, mövcudluğunun dəlillərini şüurlu olaraq, təkrar-təkrar ağlından keçirməkdir.
(A9 TV; 14 yanvar 2018)
Kəhf hekayəsində başdan-başa mehdiyyətdən bəhs edilir. Bir qrup gəncin iman gətirməsi, dövrün dərin dövlətinə qarşı olmaları, səbirli və qətiyyətli olmaları, bir yerə sığınaraq həyatın bütün cəhətlərindən özlərini çəkmələri kimi çoxlu təfərrüatla Axırzamandan bəhs edilir.
(A9 TV; 14 yanvar 2018)
Türkiyə hal-hazırda çox mühüm dövrdən keçir. Vətən, dövlət, millətin davamiyyəti əsas məsələdir. Belə dövrdə detallara ilişmək doğru olmaz. Milli və yerli olan hər kəsin ittifaq etməsi, canı bahasına Türkiyənin birliyi və bütövlüyü, İslam aləminin birliyi üçün səy göstərməsi lazımdır.
(A9 TV; 14 yanvar 2018)
Bizim məqsədimiz; Allahın dini dünyaya hakim olana qədər, fitnə yer üzündən aradan qalxana qədər, yəni Quran əxlaqı qütblərə, Afrikanın mərkəzinə hakim olana qədər elmi yolla mübarizə aparmaqdır. Allaha coşğun sevgi, dəli eşq bəsləmək bizim əsas məqsədimizdir. Bu yolda irəliləyərkən toy edərmiş kimi sevinclə, fərəhlə irəliləyirik inşaAllah.
(A9 TV; 13 yanvar 2018)
Dünyada ən çox istəniləcək şey Allaha ən dərin eşqlə sevgi bəsləməkdir. Bəzi insanlar iman gətirər, lakin Allahdan uzaqdırlar. İmanı texniki cəhətdən anlayır və Allahın mövcudluğunu qəbul edirlər, lakin eşqlə Allahı sevməyi bacarmırlar. Allahdan ən çox istəniləcək şey sonsuz Güc olan Allaha ən dərin eşqlə sevgi bəsləməkdir. Bəzi ənənəçilər də haşa Allahı mərhəmətsiz, ədalətsiz, hər kəsi cəhənnəmə atan varlıq olaraq görür, Peyğəmbəri daha yaxşı hesab edirlər. Allah cəhənnəmə atmaq istəyər, Peyğəmbər insanları xilas edər deyə zənn edirlər. Bu, faciədir. Allaha güvənməmək çox ağır vicdan qüsurudur. Bu insanlar əslində Peyğəmbəri də həqiqi mənada sevmirlər. Fərz elədikləri Peyğəmbər formasını sevirlər.
(A9 TV; 13 yanvar 2018)





