Bir gəminin kapitansız hərəkət etməsi qeyri-mümkündür. Dalğalar gəmini gah ora vurar, gah da bura. Hal-hazırda İslam aləmi də kapitansız gəmi kimidir. Gah gedib qayalara dəyir, gah da fırtınaya tutulur, məhv olur.

(A9 TV; 28 oktyabr 2015)

Hal-hazırda dünyada təxminən 1,8 milyard müsəlman yaşayır. Həqiqətən də 1924-cü ildən bəri müsəlmanların başçıları yoxdur. Xristianların var, yəhudilərin var, masonların var, hər kəsin var. Təkcə müsəlman aləminin yoxdur. Belə olmaz.

(A9 TV; 28 oktyabr 2015)

Biz İŞİD-in tətbiq etdiyi zorakılığa, dəhşət üsullarına qəti şəkildə qarşı çıxırıq, əsla qəbul etmərik. Bizim metodumuz sevgi, elm və ağıldır. Lakin İŞİD-in bu sistemi ənənəvi Ortodoks İslam anlayışından qaynaqlanır. Onları ancaq düzgün bilik ilə haqqa yönəldə bilərik. Quranla haqqa yönəldə bilərik, bombayla deyil.

(A9 TV; 27 oktyabr 2015)

Türkiyə mərhəmətin ustadıdır. Qaçqınlar dənizlərdə, dağlarda yaşayır, o insanlar necə də əzab çəkir, Avropanın nüfuz sahibləri onlarla həmsöhbət belə olmurlar. Ən böyük mərhəməti göstərən, Türkiyədir. Təkcə İstanbulda belə bütün Avropada olandan daha çox qaçqın var. Millətin mərhəmətinə baxın. Ən çox qaçqını biz aldıq və əlimizdən gəlsə hamısını alacağıq.

(A9 TV; 27 oktyabr 2015)

İnsan özünü müstağni görsə, dəlalətə düşər. Nəfsin tənqid edilməsi ən məqbul ibadətlərdəndir, ağlı açan ən gözəl xüsusiyyətlərdən biridir. Özünü tənqid etməyən dəliyə dönər, ağlını itirər, məhv olar. Özünü tənqid edən nicat tapar.

(A9 TV; 27 oktyabr 2015)

Kafir münafiqdən üstündür. Kafir daha zərərsizdir. Çünki kafir dürüst davranır, söyləyir, “mən dinsizəm” deyir. Münafiq belə deyildir, özünü möminlərin arasında gizlədər, alçaqlıq edər. Onlardan həm mənfəət gözləyər, həm də məlumat toplayıb onları əzdirməyə çalışar. Küfr əhliylə əlbir olub onları əzdirməyə çalışar.

(A9 TV; 26 oktyabr 2015)

İman gətirəndə, hər şeyin sahibi olan, sonsuz gücə malik Allaha bağlanırsan. İnanılmaz dərəcədə rahat olursan. Meteorlar sanki göydə quzu kimi hərəkət edər möminlər üçün. Lakin onlar, dinsizlər üçün dəhşət saçan canavarlar kimidirlər. Məsələn, yerin altındakı maqma bizim üçün ilıq süd kimidir. Lakin dinsizlər üçün cəhənnəmdir, onu yandırıb kül edəcək bir cəhənnəm. Qəlbimiz yalnız Allahdan qorxduğumuza görə rahatdır. Biz yerin altındakı maqmadan qorxmuruq, yalnız Allahdan qorxuruq. Biz Allahın onu necə idarə edəcəyini bilirik, maqmanın Allahın əmrinə tabe olduğunu bilirik. Maqmanın hər atomunun Allahı zikr etdiyini bilirik. Hamısı Allaha boyun əymişdir.

(A9 TV; 26 oktyabr 2015)

PKK-lıların üzündəki dəhşət, əzab, üzlərindəki çirkinlik nə ilə izah oluna bilər? Başları bomboşdur, təsadüfən yarandıqlarına inanırlar. Kainatda nələr baş verəcəyini heç təxmin edə bilmirlər. Dünyanı öz deyimləriylə xaos hesab edirlər (əstağfirullah). Dəhşət verici həyat kimi görürlər. Onlar üçün gələcək qorxuncdur, keçmiş qorxuncdur, həyatları qorxuncdur. Hər an hər şey ola bilər. Dünyaya hər an bir şey dəyə bilər, özlərinə hər an bir şey ola bilər. Tamamilə dəhşət içində, tənhalıq və çarəsizlik içində yaşayır.

(A9 TV; 26 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)