Sevgidə şirk olarsa bu olmaz. Məsələn; “mən yoldaşımı çox sevirəm, həyat yoldaşımı çox sevirəm” deyir. Bəs Allahı necə? “Onu da sevirəm” deyir. Olmaz. “Mən həyat yoldaşımı Allah rizası üçün sevirəm, yoldaşımı da Allah rizası üçün sevirəm” deməlidir. “Allahın təcəllisi olaraq sevirəm” deməlidir.

(A9 TV; 26 oktyabr 2015)

Bütün bu hadisələr hədislərdə təsvir edildiyi kimi baş verir. Hz. Mehdi (ə.s)-ı da görəcəyik, hz. İsa Məsihi də görəcəyik, İslam Birliyini də görəcəyik, hamımız vəzifəmizi bitirdikdən sonra gedəcəyik. Burada heç kəs qalmayacaq. Sonda qalanlar da arxamızca gələcək, dünya boşalacaq, sonra da qiyamət qopacaq.

(A9 TV; 26 oktyabr 2015)

Gözəl olar, eqoist olar, heç bir faydası olmaz. Gözəllik eyni zamanda fitnədir. Gəncdir, gözəldir, lakin qürurdan, təkəbbürdən ötrü dəliyə dönər. Çirkin hesab edərsən, lakin dəlicəsinə bir şövqü olar. O gözəl dediyindən min dəfə artıq gözəllik verər sənə.

(A9 TV; 26 oktyabr 2015)

Kasıb təvazökar olar, məzlum olar. Nemətin qədrini daha yaxşı bilər. Zənginlik nemət kimi görülür, lakin kasıblıq da çox böyük mənəvi zənginlikdir. Bu bilinməz.

(A9 TV; 26 oktyabr 2015)

Kasıbın sevgisi olduqca güclü olar. Bağlılığı daha gözəldir. Həqiqi bağlılığı, həqiqi sənəti və həqiqi gözəlliyi axtaran, bunları onlarda tapar. Bütün peyğəmbərlər əvvəlcə kasıb olmuşdur və Allah onları sonradan zəngin etmişdir. Ən gözəl bağlılığı yaşayanlar da onlardır.

(A9 TV; 26 oktyabr 2015)

Səid Nursi həzrətlərini sevirəm və bundan şərəf duyuram. Şeyx Nazim Kıbrısiyi sevirəm deyirəm. Mənzil camaatını sevirəm deyirəm. Süleyman Hilmi Tunahanı sevirəm. Əbdülbaki Erol həzrətlərini sevirəm. Bütün möminləri sevirəm deyirəm. Demaqoq üslubuna girmirəm. Mən sevgimi hər zaman hər yerdə açıq şəkildə ifadə edirəm. Qorxaq və çəkingən, səmimiyyətsiz rəftarlar fəlakət və uğursuzluq gətirər, başqa bir şey olmaz.

(A9 TV; 26 oktyabr 2015)

Müsəlman, münafiqlə üzləşdiyi vaxt dərhal müsəlmanlara sarılmalıdır. Ağıllı müsəlmanlardan kömək almalıdır. Çünki o anda şeytanla mübahisə edir, şeytan ən böyük alimdir. Şeytanın elminin öhdəsindən gələ bilməz. Məsələn; “bir sözü nə məqsədlə söylədi, hansı ruh halında zəif yeri nə olur, nəhayət zəif nöqtələri nələrdir?” O şeytani qabiliyyətlə onu dərhal müəyyənləşdirər. Bunun üçün də, donuq və ləng olan möminlər xüsusilə çox yaxşı qorunmalıdır. Münafiqin atlamaq, sıçramaq gücü çox böyük olur.

(A9 TV; 25 oktyabr 2015)

Münafiq, müsəlmanların dağılmasını istəyər. Çünki onlar dağıldıqda günahının yox olacağını düşünür. Yəni günahlar paylanacaq, hər kəs günah işləyəcək, o da rahatlayacaq. Bunun üçün də, müsəlmanları dağıtmaqdan ötrü, daim fürsət gözləyir. Məsələn, əsrimizdə nə edə bilər? İnternetdən istifadə edə bilər, kompyuterdən istifadə edə bilər. Dedi-qodudan istifadə edə bilər.

(A9 TV; 25 oktyabr 2015)

Münafiq o qədər tənbəl və laqeyd və o qədər eqoistdir ki, beynini şeytana verər. Şeytan ona heyranedici məlumatlar verdiyi üçün, bu dəfə özünə heyran olar, həmin şeytanın verdiyi məlumatlardan ötrü. Yəni münafiq, boşboğazlığı və hazırcavablığıyla, saf, ağlı zəif olan müsəlmanları çox tez aldadar.

(A9 TV; 25 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)