İman, şüur altındakı səmimi imana deyilər. Yoxsa insanın ağlı onsuz da gedib gələr. Yəni ağlından hər cür fikir keçər. Məsələn, bu doğrudurmu, bu yanlışdırmı.. Beyin budur. Beyindəki fikirlər qəribə fırtına kimidir. Bu imanla əlaqəli deyildir. Bunun adı vəsvəsədir. İman kök salmış bir şeydir. Yəni şüur və vicdanla sıx əlaqədə olan, qəlbən gətirilmiş səmimi qənaətə iman deyilər.

(A9 TV; 30 oktyabr 2015)

Ömür boyu mömin olmuş bir insanın; “Görəsən öləndə imanımı qoruyub saxlaya biləcəyəm?” sualı ilə narahat olması şeytanın vəsvəsədir. Bunu düşünməyə qətiyyən ehtiyac yoxdur. Belə şey olmaz. Yəni əsas məsələ səmimi və şüur altında olan imandır. Yoxsa insanın ağlına çox şey gələ bilər, bunların heç bir əsası yoxdur. Allah buna bütöv formada baxar.

(A9 TV; 30 oktyabr 2015)

Bəzi müsəlmanlar: “Mən yaxşı insanam, mənim başıma bəla gəlməz” deyirlər. Belə olarsa çox qəribə olar. İmtahan mühitində xüsusi olaraq çox ciddi şəkildə qorunsan, bu ağlın ixtiyarını əldən alar. Sənin də ağlının ixtiyarını əldən ala bilər. Sən də imtahan olunursan. Məhz bundan ötrü peyğəmbər də xəstələnir.

(A9 TV; 29 oktyabr 2015)

Dünyaya hərisliklə bağlanmaq insanlarda dəlisov bir səyə çevrilir. Belə olduqda dünya onlardan qaçır, onlar da onu qovalayır. Ticarət onlardan qaçır, onlar da ticarəti qovalayır. Pul onlardan qaçır, onlar da pulu qovalayır. Müsəlmanda da tam əksidir. O Allaha doğru gedər. O Allaha doğru gedərkən, mal-dövlət və pul da onu qovalayar, onun arxasınca gedər.

(A9 TV; 29 oktyabr 2015)

Sən hara getsən də onsuz da Allahdan uzaqlaşa bilməzsən. Allah sənə şah damarından daha yaxındır. Hara qaçırsan? Qaçmaqla Allahdan uzaqlaşacağını zənn edir, İslamdan, Qurandan uzaqlaşacağını zənn edir.

(A9 TV; 29 oktyabr 2015)

Peyğəmbərimiz (s.ə.v)-i dinləmək üçün, bir yerə toplaşmalıdırlar. “Ticarət var, mal gəldi” deyirlər, hamı cəld qaçır. Peyğəmbərimiz (s.ə.v)-i ayaq üstə qoyub tərk edirlər. Qaçdıqları hər addımın hesabını verəcəklər. Peyğəmbəri ayaq üstə qoyub tərk etməyin hər dəqiqəsinin, hər saniyəsinin hesabını verəcəklər.

(A9 TV; 29 oktyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)