Təyyarəyə mindiyin andan etibarən, təyyarədə oturarkən, təyyarədən endiyin vaxt və yollarda gəzərkən Allah səndən: “Müsəlmanlardan niyə uzaq oldun, İslamdan niyə uzaq oldun, niyə Allahın dinini yaymadın?” deyə soruşacaq. Çünki Allah: “Nə alış-veriş, nə də ticarət onları Allahı zikr etməkdən yayındırmaz” deyir. Səni isə, yayındırır.
(A9 TV; 29 oktyabr 2015)
İslamdan, Qurandan, müsəlmanlardan uzaq olduğun hər vaxt, hər saniyə əleyhinə günah yazılır. O hər saniyənin hesabını verəcəksən. İslamdan uzaq, Qurandan uzaq, müsəlmanlardan uzaq yaşamaq haramdır. Sən bunu əhəmiyyətsiz bir şey hesab edirsən, lakin bu hər saniyəyə axirətdə izah edəcəksən.
(A9 TV; 29 oktyabr 2015)
İnsan xəstələnir, dərman qəbul edir və “mən bu xəstəliyi dərmanla sağaldaram” deyir. Bu çox böyük səhvdir. Səmimi şəkildə: “Ey Rəbbim bu dərmanı vəsilə et” deməlisən. Yaxud yaralanır, bir şey olur, antibiotik qəbul edir, “vəssalam, bu sağaldar” deyir. Bu cür olmaz. Sən: “Ey Rəbbim bunu vəsilə et” deməlisən. Əks halda o dərmanı bütləşdirmiş olarsan. Dərmanı yaradan, dərmana o gücü verən Allahdır. Beynində onu sənə göstərən də Allahdır.
(A9 TV; 29 oktyabr 2015)
Allah: “Möminlər ancaq qardaş-bacıdırlar” deyir (Hucurat surəsi, 10). Himayə etməlisən, onu qətiyyən çətin vəziyyətdə qoya bilməzsən. Hər cəhətdən məsul olursan. Cəmiyyətdəki bütün insanlar bir-birindən məsul olur. O zaman cənnət kimi bir mühit yaranır.
(A9 TV; 29 oktyabr 2015)
Mehdi (ə.s) çox vicdanlı insandır. Siyasətçi deyildir. Sadəcə sevgi müəllimidir. Hər kəsin bir-birini sevməsini təmin edər, zorakılığı və dəhşəti yox edər. Sevgini artırar.
(A9 TV; 29 oktyabr 2015)
Atatürk keyfiyyəti xalqa göstərmək üçün, bunu birbaşa özündə və ətrafında tətbiq etdi. Vals rəqsini göstərdi, yaxşı geyinməyi göstərdi, qalstuk, köynək, pencək, hər şeyin ən yaxşısı və ən gözəlini göstərdi. Xalqa bu cür olun dedi, nümunə oldu.
(A9 TV; 29 oktyabr 2015)
Mehdiyyətə qarşı olan heç bir hərəkat müvəffəqiyyətli ola bilməz. Hz. İsa Məsih (ə.s)-ın enişini rədd edən istənilən hərəkat məğlub olar.
(A9 TV; 28 oktyabr 2015)
Necə ki, dəccal az qüvvəylə İslam aləminə hakim olursa, hz. Mehdi (ə.s) da az qüvvəylə alt-üst olmuş dünyanı birləşdirir, az qüvvəylə dünyaya hakim olur. Allahın qanunu həmişə belədir.
(A9 TV; 28 oktyabr 2015)
Mütləq Risalə-i Nurdan oxuyun. Çünki orada bir ruh var, səhabə ruhu var, səmimi müsəlman şəxsiyyəti var. Bunu digər əsərlərdə elə də tapa bilməzsiniz.
(A9 TV; 28 oktyabr 2015)
Beynimin içində görürəm. Beynimin içində kim yaradır? Allah yaradır. O zaman mənim sevgim kimədir? Allahadır. Mən müstəqil şəkildə bir varlığı sevə bilmərəm. Yalan söyləmiş olaram, özümü aldadaram. Çünki onu Allahın yaratdığını görürəm.
(A9 TV; 28 oktyabr 2015)





