Mömin, Allahı xatırladıqda, Allahı sevdikdə qəlbi rahatlayır. Mömin bunu yaşayır, görürük. Həqiqətən xoşbəxtdir, həqiqətən sağlamdır. Əlinə üzünə baxıb xeyli nurlu olduğunu görürük, hər yeri rahatdır, qəlbi rahatdır. Sonsuzadək Allahla birlikdə olmağın sevinci içindədir.
(A9 TV; 26 oktyabr 2015)
Mükəmməl əxlaq nədir? Səbir, şəfqət, fədakarlıq, dürüstlük, cəsarət, vəfa… Allah qorxusu olmadıqda insanda bunları etmək məsələsində qəflət yaranır. Məsələn, Allahı sevər, lakin namaz qılmaz. “Mən Allahı sevirəm, Allahın mənim namazıma ehtiyacı yoxdur” deyər. Çox pulu olar, kasıblara paylamaz. “Kasıb necə olsa tapar, lakin mən Allahı çox sevirəm, bu pulla xoşbəxt oluram, Allaha daha yaxın oluram” deyər. Cəsarət göstərməz; “mən indi belə bir şeydən ötrü həyatımı təhlükə altına atmayım, gözəl yaşayıram” deyər. Allah qorxusu olduqda cəsarət göstərilər.
(A9 TV; 26 oktyabr 2015)
Həqiqi sevgi, sonsuz güc sahibi Allahdan qaynaqlandığı üçün əsla bitməz. Ölümdə davam edər, axirətdə davam edər, əbədiyyən davam edər.
(A9 TV; 26 oktyabr 2015)
Sevsən tərslik etməzsən, xəsislik etməzsən, eqoistlik etməzsən, sevdiyinin rahat və yaxşı olmağını istəyərsən.
(A9 TV; 26 oktyabr 2015)
Kobud davransan sevgi gedər, nəzakətli davransan gələr. Əgər insan eqoistdirsə, sevgi dərhal gedər; eqoist deyilsə sevgi dərhal və artıqlamasıyla gələr.
(A9 TV; 26 oktyabr 2015)
Öyünsən, təkəbbürlənsən dəli kimi görünərsən, bu antipatiya oyadar və sevilə bilməzsən. Təkəbbürləndiyin, lovğalandığın vaxt da sevilməz olursan. Sən niyə lovğalanırsan, niyə öyünürsən ki? Sevsin deyə edirsən, elə deyilmi? Əks təsir verər, sevgi gedər.
(A9 TV; 26 oktyabr 2015)
Allahın dünyada bu qədər bəla verməsinin tək səbəbi nankorluqdur. Şükür yoxdursa, onsuz da nankorluq vardır. Çəkilən bütün bu əzablar nankorluğun qarşılığıdır. Nankorluq çox qorxunc şeydir. Böyük vicdansızlıqdır.
(A9 TV; 26 oktyabr 2015)
Allah qəlbən sevilmək istəyir. Sən Allahın təcəllisini, Onun yaratdığı təsviri bütləşdirib Allahdan müstəqil hesab etsən, belə bir yalan söyləsən, özünü aldadarsan bu çox ağılsız hərəkət olar. Allah bunu xoşlamaz. Belə olduqda onu sənin üçün bəlaya çevirər, iztiraba çevirər.
(A9 TV; 26 oktyabr 2015)
Bəzi insanlar Allahı sevdikləri vaxt, zövq ala bilməyəcəklərini düşünə bilərlər. Ən böyük zövq, ən böyük həzz bu vaxt alınar. Allah dərinliyi əsil bu vaxt verər.
(A9 TV; 26 oktyabr 2015)
Sənin sevdiyim dediyin kəs, beynindəki təsvirdir. Ən incə nöqtəsinə qədər kim yaradır? Kim sevdirir, kim danışdırır? Bütün bunları edən Allahdır. Yəni qarşındakı şəxsə aid heç nə yoxdur. Əgər sən Allahı deyil, əksinə xəyali bir bütü sevsən bu aldatma olar, özü də çox pis aldatma. Özünü çox pis aldatmış olarsan.
(A9 TV; 26 oktyabr 2015)





