Çətinlik anlarında təvəkkül edə bilmir. Məhz müsəlman əvvəlcədən buna hazırlaşmalıdır. Çox güclü iman, qətiyyətli ruh, dərin sevgi və Allaha yaxın olmaqla Allaha olan sevgisini qəlbinə tam mənada yerləşdirməlidir.
(A9 TV; 2 noyabr 2015)
Sevginin öyrənilməsi çox asandır. İnsan sevgini dərhal qəbul edər. Bir lider qüvvə meydana çıxıb razı salmadığı üçün, bu mövzu dünyada bu qədər ləngiyər. Yoxsa sevgi dünyanın ən ləzzətli nemətidir. İnsan fitrəti sevgiyə görə yaradılmışdır. Hüceyrələr belə sevgini anlayar.
(A9 TV; 2 noyabr 2015)
Kommunizmin ən qorxunc tərəfi; mənanın, sevginin, mərhəmətin olmamasıdır. Yəni Allah sevgisi yoxdur, mehribanlıq yoxdur.
(A9 TV; 1 noyabr 2015)
Hz. Mehdi (ə.s) bir bayram başladır. Bir anda insanların qəlbi zənginləşir. O buna malını verir, bu ona pulunu verir, o buna imkanını verir, hər kəs bir-birini himayə edir. Ağlasığmaz zənginlik meydana gəlir. Mal-dövlət artıqlaması ilə paylanır, bütün ümmət bayram edir, bütün dünya, kasıblar, məzlumlar, hər kəs.
(A9 TV; 1 noyabr 2015)
İslam aləmində bayram mehdiyyətlə birlikdə başlayacaq. Tək bir kasıb belə qalmayacaq. Mal-dövlət həmişə paylanacaq.
(A9 TV; 1 noyabr 2015)
PKK-nı ideologiya cəhətdən yox etdiyimiz, həqiqi üzünü göstərdiyimiz üçün, cəmiyyət arasına çıxmağa üzü qalmadı. Artıq hər kəs PKK-nı alçaldır. Əvvəllər öz aləmlərində ucaldırdılar, “müqəddəs” kimi göstərirdilər.
(A9 TV; 1 noyabr 2015)
İslam cəmiyyəti bayram cəmiyyətidir. Küçədə gedərkən yorulsan hansısa qapını döyərsən, “Salamun aleykum” deyib içəri girərsən. Ev sahibi “birlikdə yemək yeyək” deyər, oturub yeyərsən. Axşam; “Aman bizdə qal” deyər, istəsən qalarsan. Müsəlmanlıq belədir, səhabə dövrü belə idi. Sonra unuduldu bu.
(A9 TV; 31 oktyabr 2015)
Allah səni sevsə, odda yanıb kül olsan belə, qəlbin gülüstan olar. Heç kəs oddan qorxmaz, orada insana əzab verən Allahın dostluğunu itirməkdir. Bunu başa düşmürlər. Elə bil, yalnız oddan qorxmaq kimi düşünürlər. Sən Allahın məhəbbətini əbədiyyən itirmiş olursan, bu görünməmiş fəlakətdir.
(A9 TV; 31 oktyabr 2015)
Allah qorxusu dedikdə, bunu silahdan, bıçaqdan qorxmaq kimi başa düşürlər. Allah qorxusu; Allahı incitməkdən, Onun sevgisini itirməkdən qorxmaqdır.
(A9 TV; 31 oktyabr 2015)
Quranda Allahın namazı meyar qəbul etdiyini görürük. Çünki ayədə cəhənnəm əhlindən: “Sizi bu cəhənnəmə sürükləyib salan nədir?” deyə soruşurlar. Onlar da: “Biz namaz qılanlardan deyildik” deyirlər. Deməli, mühüm meyardır. Namaz zövqlü, gözəl, bərəkətli, nurani ibadətdir. Allahın lütfüdür.
(A9 TV; 30 oktyabr 2015)





