Uşaqları öldürürlər, əsgəri, polisi arxadan vururlar, namərdlik edirlər. Amerikadan seksual azğınlar gəlir və onlarla birlikdə olurlar. Biz bunlara nifrət etməyib də, kimə nifrət edək? Bu əxlaqsızları yoxsa alqışlayaq? Əlbəttə ki, lazımi işləri görəcəyik.
(A9 TV; 26 noyabr 2015)
Biz: “Sevgi xoşbəxtlikdir, şəfadır” sözü ilə şeytanın beynini parçalayırıq. Şeytanın ən narahat olduğu, ən nifrət etdiyi söz, sevgi sözüdür.
(A9 TV; 25 noyabr 2015)
Heç bir ölkəyə, irqə, dinə düşmənçilik bəsləmək olmaz. Hər yerə hər kəsi sevən, hörmət edən, qoruyub himayə edən bir ruh və əxlaq idrakı hakim olmalıdır.
(A9 TV; 25 noyabr 2015)
Prezident idarəetmə sisteminin tətbiq olunduğu ölkələr onsuz da nizamsız vəziyyətdə idilər, prezident idarəetmə sistemi ilə onları birləşdirdilər. Lakin dünyada unitar bir dövlətin prezident idarəetmə sisteminə keçib bölünməsinə aid nümunə yoxdur.
(A9 TV; 23 noyabr 2015)
Göz olmadan insan görə bilməz deyirlər, elə deyil? Bəs beynin içindəki elektriki üçölçülü və rəngli təsvir olaraq görən nədir? Bu nədir? Gözü yoxdur, siniri də yoxdur, heç nəyi yoxdur. Təkcə elektrik siqnalına baxır və bütün təsvirləri üçölçülü olaraq görür.
(A9 TV; 23 noyabr 2015)
Bəlanın gəlmə anı çox qiymətlidir. Gözəl imtahan anıdır. Mömin bu fürsəti qaçırtmamalıdır. “Ey Rəbbim, Səndən gəldim Sənə qayıdacağam, Səninəm, hər şeyi Sən yaradırsan. Başıma gələn müsibət hələ meydana gəlmədən əvvəl, o Sənin qatında baş vermişdir. Mən Sənin verəcəyin hər cür imtahana hazıram” deməlidir. “Hər cür xeyirə möhtacam, bu imtahanı gözəlliklə yaşamağımı mənə nəsib et” deməlidir. Ətrafdakılar da onun bu imtahanını təbrik etməlidir. Təşvişə salmaq olmaz.
(A9 TV; 22 noyabr 2015)
Hz. Mehdi (ə.s) yetmiş pərdəyə bürünmüşdür, görə bilənlərə eşq olsun. Bu elə bürünmədir ki, hz. Mehdi (ə.s) belə özünü görə bilmir. Allah bu dərəcədə bürümüşdür. Tövrat təfsirçisi hahamlar: “Anası, atası, ailəsi onlar da görə bilməzlər Moşiyah Mehdini” deyirlər. Bu qədər pərdələnmişdir.
(A9 TV; 22 noyabr 2015)
Dünya İsrailə qarşı döndü. İsrail dindar olsun, Allaha qayıtsın. Bu Allahdan onlara ilahi xəbərdarlıqdır. Bu Tövratda var; Tövratın əslinə qayıtmayacaqları təqdirdə Allahın qəlblərinə qorxu salacağı, dünyanın hər yerində alçaldılıb əziləcəkləri və zorakılığa məruz qalacaqları bildirilir. Yəhudiliyin qurtuluşu dindarlıqdadır.
(A9 TV; 22 noyabr 2015)
Allah rəngli olanı sevər. Bu rəngli dünyada xəstəliklər olur, dərdlər olur, hadisələr, döyüşlər, gurultular, təzyiqlər, sıxıntılar, çətinliklər; insan bütün bunların arasından keçərək yüksələndə, Allah onu sevir.
(A9 TV; 21 noyabr 2015)
Qadın hüquqları, azadlıq, demokratiya, musiqi, şəkil, sənət, heykəltəraşlıq, gözəl olan hər şeyə hökumət sahib çıxsın. Keyfiyyətə hökumət sahib çıxsın, estetikaya hökumət sahib çıxsın. “Bunlar türk millətinin xüsusiyyətidir” desin.
(A9 TV; 21 noyabr 2015)





