Vəfa Allah üçün olar. İmansız insan üçün vəfanın bədəli ağırdır. Başını bəlaya salar. Möminə isə, bərəkət və nur gətirər, gözəllik gətirər. Görünməmiş gözəllikdir, igidlikdir. Səbrin hər dəqiqəsi, saniyəsi imansız bir insanın sümüklərini çatırdadar, ona qəribə əzab verər. Lakin iman olduqda səbir edilər. Bunun üçün insanlar Qurana borcludurlar.

(A9 TV; 19 noyabr 2015)

Gözəl əxlaqlı olum deməklə, insan gözəl əxlaqlı ola bilməz. Allahdan qorxaraq, Allahı sevərək gözəl əxlaqlı olunar. Yoxsa səxavətli ola bilməz. Birinə mal verdikdə insanın ürəyi yanar. Bağışlamaq qəribə şəkildə qəzəbləndirər. Əgər iman yoxdursa, Allah qorxusu yoxdursa bağışlamaq, çox əsəbiləşdirici haldır.

(A9 TV; 19 noyabr 2015)

Quran diqqətlə araşdırıldıqda dünyada cənnət kimi yaşanması üçün, lazım olan bütün mükəmməl qanunların çox yaxşı qeyd olunduğunu görərik. Yəni Quran tam tətbiq olunduqda insanlar çox mükəmməl yaşayarlar. Nə etdiklərini çox yaxşı bilərlər. Cəmiyyət də çox mükəmməl yaşayar.

(A9 TV; 19 noyabr 2015)

İman zəifliyi olsa, əxlaq zəifliyi də olar. Çünki insan gözəl əxlaqı Qurandan öyrənir. İslam olmasa səbirli olmağa yaxın durmaz; “niyə səbirli olum?” deyər. “Niyə bağışlayım?” deyər. “Niyə əliaçıq olum?” deyər. “Niyə haqqımdan imtina edim?” deyər. Hər cəhətdən çökər insan.

(A9 TV; 19 noyabr 2015)

Müsəlmanlar üçün ən mühüm şey imanın güclü olmasıdır. İman zəifliyi insanları pərişan edir. Dünyadakı ən böyük problem iman zəifliyidir. Quranın ən azı 70%-də insanların iman zəifliyindən bəhs edilir, iman həqiqətlərinin əhəmiyyətindən bəhs edilir.

(A9 TV; 19 noyabr 2015)

Bəzi insanlara diqqət yetirin, özünə tək bir söz belə dedirtməz. Hamısına tək-tək izah gətirər. Həqiqətən tənqid olunacaq şeyi qəbul etməz. Bu böyük ziyan verər və insanda çox ciddi psixoloji problem meydana gələr. Yaxşı baxın, görərsiniz. Lakin özlərini tənqid edənlər çox həlim olurlar. Nə etdiyini çox yaxşı bilən, eləcə də, sözü və əməli bir-birini tutan insan olurlar. Bunu da görə bilərsiniz. Bu Quranın bir möcüzəsidir.

(A9 TV; 19 noyabr 2015)

Ağılla hərəkət edən və nə etdiyini bilən insan olmaq üçün, mütləq nəfsi tənqid etmək lazımdır. Hərdənbir olsa da, mütləq tənqid etmək lazımdır. İnsanların içində də tənqid etmək lazımdır. Bu zaman insan ağılla hərəkət edən və nə etdiyini bilən biri olar. Bu Quran möcüzəsidir. Gözlə görünən möcüzədir.

(A9 TV; 19 noyabr 2015)

İnsan özünü tənqid etməsə, mükəmməl hesab etsə dəli kimi olar. Müsəlman mütləq özünü tənqid etməli və etdirməlidir. Əqli sağlamlığı baxımından bu lazımdır. Yoxsa əqli pozğunluq yaranar. Mühakimə qabiliyyəti yox olar. Bəsirəti, fərasəti bağlanar. Baxın ətrafınıza, görərsiniz. Qeyri-stabillik yaradar. İnsan ağılla hərəkət edən biri olmaz.

(A9 TV; 19 noyabr 2015)

Saytda axtarış:


Müəllif haqqında:

1956-cı ildə Ankarada anadan olan Adnan Oktar, Harun Yəhya təxəllüsü ilə kitablarını yazmaqdadır. Həyatını tamamilə Uca Allahın varlığını və birliyini insanlara izah etməyə, Quran əxlaqını yaymağa, materialist və ateist ideologiyaları fikirlə məğlub etməyə, həqiqi Atatürkçülüyü yayıb Dövlətin   davamlılığını və millətin bütünlüyünü müdafiə etməyə həsr etmiş dünya səviyyəsində tanınan bir fikir adamıdır. (ardı...)